Səfər Axundbala oğlu Əbiyev () — Azərbaycan Respublikasının sabiq müdafiə naziri (1995–2013), general-polkovnik.

Həyatı Səfər Axundbala oğlu Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində, əslən Qubadan olan azərbaycanlı bir ailədə anadan olmuşdur.Azərbaycan Respublikasi Müdafiə Nazirliyi: Müdafiə Nazirliyi: Müdafiə Naziri

Hərbi xidməti

Sovet Ordusu dövrü 1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmişdir. 1982-ci ildə Moskvada M.V. Frunze adına Hərbi Akademiyanı bitirərək ali hərbi təhsil almışdır. 1971–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Almaniyadakı Sovet Qüvvələri Qrupunda, eləcə də Baltikyanı, Transbaykal və Zaqafqaziya Hərbi Dairələrində müxtəlif komanda vəzifələrində, o cümlədən tabor komandiri, alay qərargah rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri müavini vəzifələrini icra etmişdir.

Müstəqillik dövrü fəaliyyəti 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Müdafiə nazirinin birinci müavini və Baş Qərargah rəisi vəzifələrində çalışmışdır. 1993-cü ildə müəyyən müddət Müdafiə naziri vəzifəsini icra etmişdir. 1995-ci ilin fevral ayında Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmişdir. Nazir olduğu dövrdə Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması, beynəlxalq sülhməramlı missiyalarda iştirak və ordunun texniki təchizatının modernləşdirilməsi istiqamətində fəaliyyət göstərmişdir. Onun rəhbərliyi dövründə, 2000-ci ildə Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında imzalanmış protokola uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi yaradılmışdır.

2008, 2011 və 2013-cü illərdə Bakıda keçirilən hərbi paradlarda komandanlıq edib.

22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Təqaüd dövründə Səfər Əbiyev 2020-ci il İkinci Qarabağ müharibəsi ilə bağlı məqaləsində İlham Əliyevin rəhbərliyini və həyata keçirilən hərbi-siyasi strategiyanı dəstəklədiyini bildirmişdir. O, həmçinin qələbənin əsas amilləri kimi Azərbaycan xalqının birliyini, Silahlı Qüvvələrin fəaliyyətini və dövlət rəhbərliyinin qərarlarını qeyd etmişdir.

Təltifləri 04.04.1995 — "Azərbaycan Bayrağı" ordeni 24.06.2003 — "Azərbaycan Bayrağı" ordeni 26.01.2010 — "Şöhrət" ordeni "Qüsursuz xidmətə görə" (I, II və III dərəcələr) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Tacikistan Respublikası Silahlı Qüvvələrinin 5 illiyi" medalı "Qüsursuz xidmətə görə" medalı (SSRİ, I, II və III dərəcələr) "Döyüş xidmətlərinə görə" medalı (SSRİ) "Hərbi əməkdaşlığın gücləndirilməsinə görə" medalı (Rusiya Federasiyası) "Müdafiə nazirliyinin 200 illiyi" medalı (Rusiya Federasiyası)

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının müdafiə nazirləri Kateqoriya:Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Kateqoriya:Heydər Əliyev adına Hərbi İnstitutun məzunları Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Bakı şəxsləri Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri