Anam Kür qısametrajlı sənədli filmi rejissor Şərif Şərifov tərəfindən 1993-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın ən nəhəng təbii sərvətlərindən bir olan ana Kürün bu günündən, illər boyu onun başına gətirilən bəlalardan, çayla bağlı problemlərdən və ümidli gələcəyindən danışır.
Məzmun Film Azərbaycanın ən nəhəng təbii sərvətlərindən bir olan ana Kürün bu günündən, illər boyu onun başına gətirilən bəlalardan, çayla bağlı problemlərdən və ümidli gələcəyindən danışır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 303-304
Festivallar və mükafatlar 1996-cı ildə ssenari müəllifi Svetlana İsmayılova, Ərzuman Məmmədov, rejissor və operator Şərif Şərifov, məsləhətçi Fyodor Tırin 1994-1995-ci illər ərzində Azərbaycan Respublikasının ekologiya sahəsindəki aktual məsələlərinin, problemlərinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasına və fəal təbliğinə görə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin akademik Həsən Əliyev adına Mükafatına layiq görülmüşlər.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Svetlana İsmayılova, Ərzuman Məmmədov Rejissor: Şərif Şərifov Operator: Şərif Şərifov
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1993-cü ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1993-cü ilin filmləri Kateqoriya:1993-cü ilin Azərbaycan filmləri