Azadlığa gedən yollar tammetrajlı sənədli filmi rejissorlar Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir.

Məzmun Film Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 282-283

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Xamiz Muradov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev, Rövşən Almuradlı Operator: Köçəri Məmmədov, Nizami Abbas, Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev Bəstəkar: Rauf Əliyev

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 348-350; 377.

Xarici keçidlər YouTubeda izlə TVSeansda izlə

Kateqoriya:1990-cı ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı sənədli filmlər Kateqoriya:Qara Yanvar