Bakı hazırdır! qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1940-cı ildə çəkilmişdir. Bakı kinostudiyasında istehsal edilmişdir. Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur.
Məzmun Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur. Burada hava həyəcanı siqnalı verilərkən zəhmətkeşlərin nə etməli olduqlarından danışılır. Ümumi yoxlanış zamanı Bakı zəhmətkeşlərinin hərbi hava hücumundan müdafiəyə yaxşı hazırlaşdıqları qeyd edilir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 39
Filmin üzərində işləyənlər Rejissor: Əbdül Həsənov Operator: Muxtar Dadaşov, Vladimir Yeremeyev, Fyodor Novitski
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56; 67.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1940-cı ilin Azərbaycan filmləri 1940-cı illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1940-cı ilin filmləri Kateqoriya:1940-cı ilin Azərbaycan filmləri Kateqoriya:Bakı haqqında filmlər Kateqoriya:Azərbaycan İkinci Dünya müharibəsində