Hadisələr 2016 Yay Olimpiya Oyunları UEFA Avropa Kuboku 2016 1 aprel 2016-cı il Aprel döyüşləri baş vermişdir. 17-19 iyun — Azərbaycanda ilk dəfə Bakı Şəhər Halqasında Formula-1 yarışı keçirilmişdir. 18 iyul — ANS televiziyası və ANS ÇM radiosunun fəaliyyəti dayandırılmışdır. 26 sentyabr — Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum 3 sentyabr — Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatr yaradılıb - ƏSA Teatrı

Doğumlar

Ölümlər 9 yanvar — Zəlimxan Yaqub, Azərbaycanın xalq şairi. 10 yanvar — Devid Boui, "Qlam Rokun Kralı" ləqəbli ingilis müğənni, bəstəkar, aktyor və prodüser. 14 yanvar — Alan Rikman, ingilis aktyoru. 29 yanvar — Musa Mirzəyev, Azərbaycanın xalq artisti, bəstəkar. 25 fevral —İlhamə Quliyeva, Azərbaycanın xalq artisti, müğənni. 27 fevral — Fərəcullah Sələhşur, İran kinorejissoru. 7 mart — Arif Qasımov, Azərbaycan aktyoru. 8 mart — Fikrət Əliyev, Azərbaycan kinorejissoru. 22 mart — Maqsud İbrahimbəyov, Azərbaycanın xalq yazıçısı. 25 mart — Tofiq İsmayılov, Azərbaycan kinorejissoru. 25 mart — Aşıq Məhəmməd Sadaxlı, Azərbaycan aşığı. 4 may — Söhrab Tahir, Azərbaycanın xalq şairi. 4 iyun — Aleksandr Qlezer, tanınmış yazıçı və kolleksiyaçı. 5 iyun — Aleksey Jarkov, Sovet, Rusiya teatr və kino aktyoru. 19 iyun — Anton Yelçin, yəhudi əsilli amerika aktyoru. 5 iyul — Abbas Kiarostami, İranlı rejissor və ssenarist. 29 avqust — Cin Uaylder, ABŞ aktyoru. 31 avqust — Oqtay Zülfüqarov, Azərbaycan bəstəkarı. 9 oktyabr — Anje Vayda, Polşanın tanınmış kino və teatr rejissoru. 13 oktyabr — Bhumibol Adulyadey, 1950-ci ildən (faktiki 1946-cı ildən) Tailand kralı. 14 oktyabr — Aleksandr Syomin, Sovet futbolçusu. 25 oktyabr — Karlos Alberto Torres, keçmiş Braziliya futbolçusu, mərkəz müdafiəçisi. 26 noyabr — Fidel Kastro, Kuba inqilabçısı. 19 dekabr — Andrey Karlov, Rusiya Federasiyasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri. 22 dekabr — Muxtar Maniyev, Azərbaycan kino aktyoru. 25 dekabr — Ağaxan Abdullayev, Azərbaycan xanəndəsi. 25 dekabr — İlyas Tapdıq, Azərbaycan şairi. 25 dekabr — Corc Maykl, Böyük Britaniya müğənnisi. 26 dekabr — Məşədixanım Nemətova, Azərbaycanın görkəmli tarixçi alimi.

İstinadlar