"Məzəli sima" () — rejissor Stenli Donenin filmi.
Məzmun "Quality" qadın jurnalının redaktoru Meqqi Preskott və onun bir nömrəli fotoqrafı Dik Eyvern jurnalın üz qabığı üçün yeni sima axtarırlar. Elə bir sima ki, bütün moda dünyasını alt-üst eləsin. Onlar qadını təkcə gözəl kimi yox, həm də intellektual kimi göstərmək istəyirlər. Bunun üçün jurnalın heyəti kiçik kitab mağazasına gedir və fotoları orada çəkməyə başlayırlar. Orada satıcı Coya rast gələn Dik başa düşür ki, onun çox şən və məzəli siması var. Gələcəyin gözəllik etalonu. Co isə kitab mağazasına icazəsiz soxulanları əvvəl dəli hesab edir, lakin sonra onların Parisə çəkilişə getmək təkliflərinə razılaşdı. Getməyinə əsas səbəb isə onun kumiri professor Flosterin orada mühazirələr təşkil etməsidir. Kampaniya Parisə yollanır, amma onlar orada işləməyin necə çətin olduğunu yaddan çıxarırlar. Axı ora sevgililər şəhəridir…
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi : Leonard Qerş Rejissor : Stenli Donen Operator : Rey Cun Bəstəkarlar : Adolf Doyç, Corc Qerşvin Prodüser : Rocer İdens
Rollarda Odri Hepbern – Co Stokton Fred Aster – Dik Eyveri Key Tompson – Meqqi Preskott Mişel Okler – professor Floster Robert Fleminq – Pol Düval Ruta Li – Letti Virciniya Gibson – Babs Dovima – Marion
İstinadlar
Xarici keçidlər Funny Face Behind the Scenes — Audrey Hepburn, Fred Astaire & Kay Thompson
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Melodram filmləri Kateqoriya:Fotoqraflar haqqında filmlər Kateqoriya:Stenli Donenin filmləri Kateqoriya:1957-ci ilin filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:ABŞ-nin musiqili komediya filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:İngiliscə romantik komediya filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Parisdə çəkilən filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər