Kərimbəyovlar — Azərbaycan xalqın tanınmış soylarından biri.
Soyun yaranması Kərimbəyli obasının ünlü uruqlarından biri Kərimbəy uşağıdır. Kərim bəy Balu bəy oğlu XVIII əsrin ortalarında yaşayıb. Qaradağ vilayətində butalanan Hacıəlili elinin Qızılca qışlağında olurmuş.
Kərim bəy Nazlı xanımla və Yaxşı xanımla dünya evinə girmişdi. Abdulla bəy, Qasım bəy, Fətulla bəy və Məmmədqulu bəy adlı oğulları vardı.
Kərim bəyin övladları 1820-ci ildə Qarabağa üz tutub, Cəfərqulu xan Sarıcalı-Cavanşirin mülkü olan yurdda binələdilər.
Soyun tanınmış nümayəndələri Fətulla bəy Kərimbəyov — Kiyev Universitetinin məzunu, notarius, sahibkar. Bəhram bəy Kərimbəyli — sərhəd komandiri, milis rəisi.
Şəkillər
Mənbə Ənvər Çingizoğlu. Kərimbəyovların bir qolu. "Soy" elmi-kütləvi dərgi, 2007, №1, səh.31–39; Ənvər Çingizoğlu. Kərimbəyovların bir qolu. II yazı. "Soy" elmi-kütləvi dərgi, 2008, №1, səh.23–27; Ənvər Çingizoğlu. Kərimbəyovların bir qolu. III yazı. "Soy" elmi-kütləvi dərgi, 2011, №2, səh.12–21.
Həmçinin bax