Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Şuşa şəhəridir.
İnzibati ərazi bölgüsü ŞUŞA RAYONU – 70200001
İnzibati ərazi dairələrinin sayı: Ərazi vahidlərinin sayı:
Şəhər . . 1 Şəhər . .. . 1
Qəsəbə . . 1 Qəsəbə . . . 1
Kənd . . 10 Kənd . . . 34 KODLARADLARKODLARADLAR70201005
70201014
70211005
70211018
70212005
70212018
70209005
70209018
70209038
70209028
70208005
70208018
70208058
70208028
70208068
70208078
70208048
70208088
70208038
70213005
70213028
70213018
70204005
70204018
70204038
70204048 1. Şuşa şəhər iəd
Ş u ş a ş.
2. Daşaltı kənd iəd
D a ş a l t ı k.
3. Göytala kənd iəd
G ö y t a l a k.
4. Xanalı kənd iəd
X a n a l ı k.
Həsənabad k.
İmamqulular k.
5. Xəlfəli kənd iəd
X ə l f ə l i k.
Armudlu k.
Dükanlar k.
Qarabulaq k.
Laçınlar k.
Mirzələr k.
Şuşulu k.
Zamanpəyəsi k.
6. Qaladərəsi kənd iəd
B ö y ü k Q a l a d ə r ə s i k.
Kiçik Qaladərəsi k.
7. Qaybalı kənd iəd
Q a y b a l ı k.
Xudaverdilər k.
Nağılar k. 70202005
70202018
70202028
70207005
70207018
70207028
70207048
70207038
70210005
70210018
70210068
70210028
70210048
70210078
70210058
70210038
70210088
70215005
70215016
70203005
70203018
70203028 8. Sarıbaba kənd iəd
S a r ı b a b a k.
Onverst k.
9. Səfixanlar kənd iəd
S ə f i x a n l a r k.
Allahqulular k.
Həsənqulular k.
Xanlıqpəyə k.
10. Şırlan kənd iəd
Ş ı r l a n k.
Ağbulaq k.
Cəmillər k.
Çaykənd k.
İmanlar k.
Məmişlər k.
Paşalar k.
Turabxan k.
11. Turşsu qəsəbə iəd
T u r ş s u q.
12. Zarıslı kənd iəd
Z a r ı s l ı k.
Nəbilər k.
Tarixi
Azərbaycan SSR tərkibində 1930-cu ildə təşkil edilmişdir.
Azərbaycan Respublikasının tərkibində 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır.
Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir.
25 mart 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində Zamanpəyəsi və Allahqulular kəndləri, 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları'ndan sonra Turşsu qəsəbəsi, Ağbulaq, Armudlu, Aşağı Quşçular, Bayat, Böyük Qaladərəsi, Cəmillər, Çaykənd, Dükanlar, Əmillər, Göytala, Həsənabad, Həsənqulular, Xanalı, Xanlıqpəyə, Xəlfəli, Xudaverdilər, İmamqulular, İmanlar, Kiçik Qaladərəsi, Qarabulaq, Qaybalı, Laçınlar, Malıbəyli, Məmişlər, Mirzələr, Nağılar, Nəbilər, Onverst, Paşalar, Sarıbaba, Səfixanlar, Şırlan, Şuşulu, Turabxan, Yuxarı Quşçular, Zarıslı kəndləri Azərbaycanın suverenliyinə keçmişdir.
31 may 2021-ci il tarixində “Azərbaycanın mədəniyyət paytaxtı — Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 338-VIQ nömrəli Qanunu qəbul edilib.
15 iyun 2021-ci il tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi imzalanmış, 1 fevral 2022-ci il tarixli 478-VIQ nömrəli Qanunla təsdiq edilmişdir.
"Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" 5 dekabr 2023-cü il tarixli 1044-VIQ nömrəli Qanunla Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir.
Tarixi–mədəni abidələri və memarlıq qoruğu İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr), tövlə, hamam qalıqları.
Rayon ərazisində Şuşa Dövlət Tarix–Memarlıq Qoruğu yerləşir.
Bazarbaşı (Şuşa) rayon ərazisində yerləşir.
Tarixi abidələri
Dini–tarixi abidələri Hacı Yusifli məscidi (XVIII) "Çöl Qala" məscidi (XVIII əsr) Xoca Mərcanlı məscidi (XVIII əsr) Quyuqluq məscidi (XVIII əsr) Seyidli məscidi (XVIII əsr) Məscid (XVIII əsr) Mərdinli məscidi (XIX əsr) Aşağı Gövhər Ağa məscidi (1874–1875) Culfalar məscidi (XIX əsr) Yuxarı Gövhər Ağa məscidi (XIX əsr) Mamay məscidi (XIX əsr) Köçərli məscidi (XIX əsr) Malıbəyli məscidi Alban kilsəsi Qaybalı məscidi Şırlan məscidi Rus kilsəsi
Tarixi memarlıq abidələri Qala divarı (uzunluğu 8 kilometr) Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd) Qədim üslubda salınmış 17 məhəllə 17 məscid 17 bulaq 17 hamam Turşsu Qalereyası Karvansara (4 ədəd) Gəncə qapısı Rasta bazar Torpaq meydan Üzeyir Hacıbəyovun heykəli Cıdır düzü Malıbəylidə Qızlar məktəbi Un dəyirmanı "Həzrət Əli" kahası "Qızıl qaya" Bəhmən Mirzə Qacarın hərəmxanası Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı Şeytan bazar Əfsanəvi Leyli qalası Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı" "Həzrət Abbas Şəfa ocağı" Molla Pənah Vaqifin poeziya evi Molla Pənah Vaqifin məqbərəsi Molla Pənah Vaqifin müəllimlik etdiyi bina Molla Pənah Vaqifin evi Xan qızı Xurşudbanu Natəvanın sarayı Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi "Qarama" Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi həbsxana binası Qasım bəy Zakirin yaşadığı ev Qasım bəy Zakirin qəbirüstü abidəsi Azərbaycanda ilk "realnı uçiliş"in binası Yaşıl aptek Mədəniyyət evi Külli miqdarda gümüş və mis qablar İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscidini həyətində) Qarabağ xanlığının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi Tarixin yaddaşı olan Daş kitabələr Azərbaycanda ilk realnı məktəbin binası Malıbəylidə "Qızlar məktəbi" Külli miqdarda gümüş və mis qablar Ağaböyük xanımın bürcü
Karvansaralar İkimərtəbəli karvansara (1888–1889-cu illər) Zarıslıda Korun karvansarası Hacı Məhərrəm karvansarası Hacı Əmiraslan bəyin karvansarası Uğurlu bəyin karvansarası Mir Səyyaf oğlunun karvansarası Murad bəyin karvansarası Hacı Hüseynin karvansarası Gövhər Ağanın karvansarası Hacı Abbas bəyin karvansarası Cavad ağanın karvansarası Xanlıq Muxtarın karvansarası
Qəsrlər Ağabəyim Ağanın qəsri Sadıqcanın qəsri
Qalalar "Pənahabad" Şuşa qalası (1750–1757-ci illər) Leyli qayası; Daşaltı kəndində müdafiə qalası.
Büstlər Bülbülün büstü Üzeyir Hacıbəyovun büstü Hüsü Hacıyevin büstü Molla Pənah Vaqifin büstü Xan qızı Xurşud Banu Natəvanın büstü
Kompleklər İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi "Dəlik–daş" pilləkən kompleksi Qarabağ xanlığının divan kompleksi Qacarların məqbərə kompleksi Bəhmən Mirzə Qacarın saray kompleksi Mir Möhsün Nəvvabın abidə kompleksi Mehmandarovun ev kompleksi Qarabağ xanlığının Divan kompleksi Dəlik–daş pilləkən kompleksi Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi
Muzeylər Üzeyir Hacıbəyovun ev-muzeyi Bülbülün ev-muzeyi Xalça muzeyi Tarix-diyarşünaslıq muzeyi Qarabağ dövlət tarixi muzeyi Rəsm qalereyası
İmarətlər Məhəmməd Həsən Ağanın imarəti Səməd bəy Mehmandarovun Şuşadakı mülkü Hacı Şükürün imarəti Məmməd Həsən Ağanın imarəti
Mülklər Qarabağ qazisinin mülkü Qədimovların mülkü Qarabaş Qazisinin mülkü Mir Möhsün Nəvvabın mülkü Nəcəfqulu ağanın mülkü İbrahim xanın mülkü Hacı Bəşirin mülkü Cabbar Qaryağdı oğlunun mülkü Mirzə Hüseynin mülkü Mirəlibəyin mülkü Seyid Məcidin mülkü Hacı Qulamın mülkü Nəcəfqulu Ağanın mülkü Kəlba Şirinin mülkü Öpənnik Qara Zeynalın mülkü Fərzalı bəyin mülkü Allahverənli Kəlba Şirinin mülkü Nəcəf bəy Vəzirovun mülkü Firudin bəy Köçərlinin mülkü Süleyman Sani Axundovun mülkü Məşədi Qəhrəmanın mülkü Quyruq məhəlləsində Sadıq bəyin mülkü Yusif Vəzir Çəmənzəmənlinin mülkü Mir Həsən Vəzirovun mülkü Qaraşovların mülkü Hüseyn Qayıbovun mülkü Məşədi Şirinin mülkü Gəraf Əsgərovun mülkü Ağamirovların mülkü Hüsü Hacıyevin mülkü Hacı Dadaşın mülkü Hacı Quluların mülkü
Malikanələr Qulam Şahın malikanəsi Əsəd bəyin malikanəsi — Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix–memarlıq abidəsi. Mamay bəyin malikanəsi — XVIII əsrə aid tarix–memarlıq abidəsi.
Evlər Çuxur məhəllədə Kal Həsənin evi Təzə məhəllədə Xayatlılar Mehdinin evi Çuxur məhəllədə Kürd uşağının evi Quyruq məhəlləsində Məşədi Teymurun evi Ağa–Əbdürrəhim ağanın evi Uluq bəyin evi Zöhrabbəyovların evi Cəlal bəyin evi Kəlba Hüseynin evi İsmayıl bəyin evi Əbdülrəhim bəy Haqverdiyevin evi
Bağlar Kəlba Şəhriyarın bağı Şəmilin bağı Hacıyevlərin armud bağı Mirfəseh bağı
Körpülər Şahlıq körpüsü Təzə məhəllədə körpü
Qəbristanlıqlar Mirzə Həsən qəbiristanlığı Mirfəseh qəbiristanlığı
Bulaqlar Meydan bulağı İsa bulağı Saxsı bulaq Ovdan bulağı Şor bulaq Səkili bulağı Qotur bulağı
Hamamlar Hacı Salehin hamamı Uğurlu bəyin hamamı Xeyransa xanımın hamamı Ağa Mirzə Əli Qazinin hamamı Şahbaz bəyin hamamı Hacı Əbdürrrəhimin hamamı Rüstəm bəyin hamamı
Coğrafiyası
Coğrafi mövqeyi Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir.
Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır.
Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən –1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Ərazisindən Qarqarçay axır. Torpaqları qəhvəyi və qonur dağ–meşə, çimli dağ–çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür, kəklik, göyərçin və s. aiddirlər.
Geoloji quruluşu Yura və Təbaşir çöküntüləri.
Hidrologiyası Mineral sular (Turşsu), bulaqlarla (İsa bulağı) zəngindir. Əsas çayları Qarqarçayın qolları olan Zarıslı, Xəlfəli çaylarıdır.
Landşaftları və bioloji müxtəlifliyi Meşələrdə şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir–birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq, murdarça, alça, göyəm, gərməşov, yemişan, əzgil, itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, ağcaqayın, gilas, göyrüş və palıd növləri yayılmışdır.Abutalıbov M. H., Hacıyev V. C. Azərbaycanın bitki örtüyü. Bakı; İşıq, 1976
Geoloji təbiət abidələri Daşaltı kəndində karst mağaraları. Şuşada Şahnəzər mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu. Böyük Kirs dağı, Keçəldağ aşrımı, Üçmıx dağı
Arxeoloji abidələri Şuşa Şahnəzər mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 in-dir. Mağaradan Paleolitə aid ikikobud daş çapacaq, Mezolitə aid mikroiit bıçaqlar, m.ə. V–IV minilliyə aid Eneolit gil qablar, Tunc, Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır.
İqlimi