right|thumb|Xama left|thumb|Xama və çili sousu ilə kartof qızartması right|thumb|Xama və pendir ilə bir qab çili Xama (ciyə) – qaymağın süd turşusu bakteriyaları ilə emalından alınan süd və yeyinti məhsulu.

Hazırlanması Yağlılığı 10, 20, 25, 30, 36, 40% olan xamalar hazırlanır. Maya vurulmuş qaymaq soyuducu kamerada 5-8oC-yə qədər soyudulur, sonra isə 12-48 saat yetişdirilir. Separatorda (ayırıcıda) xama birbaşa süddən alınır, bu zaman südün yağlı hissəsi olan xama ayrılır. Xama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi ağ, yaxud açıq sarı çalarlı olmalıdır.

Tərkibi Xamanın tərkibində vitaminlər (xüsusilə, A vitamini), zülallar, üzvi turşular, mineral duzlar, süd şəkəri və s. vardır. İstifadə Xama bir çox xörəklərlə yeyilir, xəmirə qatılır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır.

Mənbə Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 65

Həmçinin bax Süd

Kateqoriya:Süd məhsulları Kateqoriya:Kulinariya Kateqoriya:Qida məhsulları Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Belarus mətbəxi Kateqoriya:Bolqarıstan mətbəxi Kateqoriya:Bosniya və Herseqovina mətbəxi Kateqoriya:Çexiya mətbəxi Kateqoriya:Xorvatiya mətbəxi Kateqoriya:Yaxılabilən qidalar Kateqoriya:Litva mətbəxi Kateqoriya:Macarıstan mətbəxi Kateqoriya:Polşa mətbəxi Kateqoriya:Rumıniya mətbəxi Kateqoriya:Rusiya mətbəxi Kateqoriya:Serbiya mətbəxi Kateqoriya:Ukrayna mətbəxi