Batmış şəhərin axtarışında filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır.

Məzmun Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır. Bakı arxeoloqları 1968-ci ildən onun yerində-Bəndəvan burnunun ətrafında tədqiqat aparırlar. Onlar hər il tarix-diyarşünaslıq muzeylərimizin ekspozisiyasını zənginləşdirən maddi mədəniyyət nümunələri aşkara çıxarırlar.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 256

Elmi-kütləvi filmdə suyun altında çəkilmiş çoxlu kinokadr vardır.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Emil Salmanov, Sara Nəzirova Rejissor: Nicat Bəkirzadə Operator: Yuri Varnovski

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1987-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1987-ci ilin filmləri Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri