Məhcur Şirvani () — Azərbaycan şairi.Müxtəsər Ədəbiyyat Ensiklopediyası. 1-ci cild, səh.99
Həyatı XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII–XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır.MƏHCUR ŞİRVANİ — Şamaxı Ensiklopediyası
Firidunbəy Köçərli "Azərbaycan ədəbiyyatı materialları" əsərində onun "Gəl, vəqtidir" rədifli tərcibəndini çap etdirib.B. Niyazlı "Şamaxı xanlığı", Bakı, "Nurlar", 2014, s.266
Əsərləri "Qisseyi-Şirzad" əsəri. Əsərdəki hadisələr Məhcur Şirvaninin dövrünün siyasi hadisələri ilə uyğun gəlir. O dövrdə III Abbasın ölümündə Nadir şahın əlinin olması ilə bağlı şayiələr var idi. Ehtimal edilir ki, əsərdəki Kamil vəzir obrazı ilə Şirvani Nadir şahın mənfi imicini yaratmağa çalışmışdır.
İstinadlar
Ədəbiyyat Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 193–200. Y. M. Babayev. Azərbaycan ədəbiyyatı tarixi (XIII–XVIII əsrlər). Dərslik. Təkrar nəşr. Bakı, "Elm və təhsil", 2018, 760 səh.
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Türk şairlər