Bir nəfər hamıya görə qısametrajlı bədii filmi rejissor Murad İbrahimbəyov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yalançı liderin iç üzünü açıb göstərir. Əsas rolları İqor Kostalevski, Mixail Filippov, Vladimir Yermolayev, Yelena Romanova və Aleksandr Şarovski ifa edirlər.
Məzmun Səhvə yol verilir. Əllərində etibarsız biletləri olan bir qrup təyyarə sərnişini yersiz qalır. Onlardan biri təşəbbüsü əlinə alıb şuluqluq salır. Bərk hiddətlənmiş cavan oğlan hamı üçün ədalət tələb edir... Lakin təyyarədə onun üçün yer tapılan kimi qəhrəmanın xeyirxahlıqdan coşmuş qəzəbi ani olaraq soyuyur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 144-145
Film yalançı liderin iç üzünü açıb göstərir. O, həqiqət haqqında gurultulu sözlər deməklə özü üçün xeyir axtarır. Əxlaq və mənəviyyat onun yalnız dilindədir.
Rollarda İqor Kostalevski Mixail Filippov Vladimir Yermolayev Yelena Romanova Aleksandr Şarovski
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1989-cu ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1989-cu ilin filmləri Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri