"Milyonu necə oğurlamalı" () — rejissor Vilyam Uaylerin filmi.
Məzmun Hadisələr 1960-cı illərdə Fransanın Paris şəhərində baş verir.
Şarl Bonne istedadlı rəssam-həvəskardır. O, dünya şöhrətli impressionistlərin oxşarını (saxtasını) düzəldərək onları orijinal kimi baha qiymətə nüfuzlu hərraclarda satır. Bundan başqa, Bonnenin evində çılpaq Veneranın heykəlciyi də var. Bu əsər italyan heykəltəraşı Çellininin adından təqdim olunaraq nüfuzlu bir sərgidə nümayiş olunmağa dəvət alıb. Bunun təhlükəli olduğunu və yalanın üstünün açılacağını deyən qızının xəbərdarlıqlarına baxmayan Bonne heykəlciyin sərgiyə getməsinə razılıq verir.
İncəsənətin dəlisi olan Amerika oliqarxı Devis Lilend sərgi salonunda Veneranı görür. Devis Veneraya yiyələnmək haqqında düşünür. Kolleksiyaya çıxmaq üçün yol axtarır və onun sahibi Lilend Nikolla tanış olur və cazibədar fransıza valeh olur. Məsələni uzatmağa adət etməyən milyonçu qıza təklif irəli sürür.
Axşam Nikol müəmmalı cənabı öz evlərində tapır. Bu – Saymon Dermott adlı saxtakarlıqları üzə çıxarmaq üzrə ixtisaslaşmış kriminalistdir. O, aşıq-aşkar Bonnenin rəsmlərilə maraqlanır və Van Qoqdan təzəcə düzəldilən saxta rəsmin rənglərindən nümunə götürür. Nikol əvvəlcə onu adi soyğunçu oğru kimi qəbul edir və ona tapançadan atəş açıb yaralayır. Atasının fırıldağının üstünün açılacağından qorxan qız evlərinə soxulan bu adam haqqında polisə heç bir söz demir.
Növbəti gün Bonnenin evinə muzeyin işçisi gəlir. O, Bonneyə "Venera"nın sığortası ilə bağlı milyon dollarlıq müqavilə imzalamağı təklif edir. Bonne qol çəkir və bundan sonra məlum olur ki, müqavilənin bir bəndində mütləq ekspertizanın qərarı olmalıdır. Bu fəlakət idi. Bonnenin "eyibsiz" kolleksiyası təhlükə altına düşür.
Fədakar Nikol yeganə cinayətkar tanışını bu işə cəlb etmək istəyir. Nikola xüsusi hissləri olan Saymon Bonnenin mülkiyyətini muzeydən oğurlamaqda ona kömək etməyə razılıq verir.
Saymon Nikolla birlikdə çalışqan mühafizə xidmətini və müasir siqnalizasiya sistemini nəzərə alaraq oğurluq planı qururlar. Lilend bu sənət əsərinə yiyələnmək planlarından imtina etmir. O, hətta oğurluq malı da almağa hazırdır. Saymon başa düşür ki, Lilend heykəlciyə yiyələnmək faktını sirr olaraq saxlayacaq. Belə olduqda, onla "Venera" və ya Nikol arasında seçim eləməyi təklif edir. Heykəlcik milyonçuya pulsuz verilir. Saymon və Nikol isə öz bal aylarını keçirməyə gedirlər.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi : Corc Bredşou Ssenari müəllifi : Harri Kurnits Rejissor : Vilyam Uayler Operator : Çarlz Lanq Bəstəkar : Con Vilyams Prodüser : Fred Kolmar
Rollarda Odri Hepbern – Nikol Bonne Piter O'Tul – Saymon Dermott Hyu Qriffit – Şarl Bonne İlay Uollak – Devis Leyland Şarl Buaye – de Solni Fernan Qrave – Qramon Marsel Dalio – cənab Paravideo Jak Maren Edvard Malin Mustaş Roje Trevill Bert Bertam
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Vilyam Vaylerin filmləri Kateqoriya:1966-cı ilin filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:ABŞ-nin soyğun filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:İngiliscə romantik komediya filmləri Kateqoriya:İngilis dilində cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin cinayət komediya filmləri Kateqoriya:Bəstəkar Con Vilyamsın filmləri Kateqoriya:Romantik filmlər