Çoban qız () - fransız akademik rəssam Vilyam Buqro tərəfindən 1889 - cu ildə yağlı boya ilə işlənmiş rəsm əsəri. Əsərdə kənd mühiti fonunda əsas obraz kimi çoban qız təsvir edilmişdir. Qız torpaq üzərində ayaqyalın dayanmışdır və onun sağ ayağı sol ayağından irəlidə durmuşdur. Sadə kənd geyimində olan qız çoban çomağını çiyninə qoymuş və əllərini onun üstündən aşırmışdır. Qızın fonunda isə çəmənlikdə otlayan öküzlər görünməkdədir.
Əsər Buqronun çoban qızları təsvir etdiyi əsərlərindən biridir. Buqronun əsər üçün istifadə etdiyi model qız isə Bohemiyalı əsərində istifadə etdiyi modellə eynidir. əsər hazırda Filbruk İncəsənət Muzeyində saxlanılır.
İstinadlar
Kateqoriya:Vilyam Buqronun rəsm əsərləri Kateqoriya:1889-cu ilin əsərləri Kateqoriya:Uşaq rəsmləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər