Boys (Summertime Love) () — 1987-ci ildə İtaliya müğənnisi Sabrina Salerno tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının remiks formaları Fransada 1995-ci ildə "Boys '95", 2003-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı ilə göstərilmişdir.Boys Boys Boys Remixes Diskogs.com.

Klipi Mahnının klipi İtaliyanın Venesiya kommunasının Yezolo şəhərində yerləşən Florida hotelində olan hovuzun ətrafında çəkilmişdir."La Discothèque du 20è siècle", 1988, Polygram Dierct, p. 15 1988-ci ildə Sabrina Salerno "Super Channel" kanalının "Music Box" proqramında Nino Firetto ilə müsahibəsində etiraf etmişdir ki, həmin şəhvanə dəniz paltarını məşhur jurnallarında göstərilməsi üçün geyinmişdir. Onun sözlərinə görə, İtalyan jurnalları daha çox bu xarakterli kliplərə önəm verir. Mahnının klipinə Böyük Britaniyada qadağa qoyulması səbəbindən hit-paradda 3-cü mövqe tutmuşdur.

İstehsalı Bu mahnı Sabrina Salernonun ifa etdiyi üçüncü mahnıdır. İlk dəfə 29 may 1987-ci il tarixində göstərilmiş və "Sabrina" albomuna daxil edilmişdir. Mahnı bir çox ölkələrin hit-paradında yüksək mövqe tutmuşdur.Nos années Top, clips et 45 tours : 1984–1991, Marc Lemonier, 2008, p. 75 (ISBN 2–258–07648-X) Fransa hit-paradında 5 həftə ilk pilləni tutmuş və ümumi 25 həftə (12 dekabr 1987 – 28 may 1988) müxtəlif mövqe tutaraq, 1-ci pillədən 29-cu pilləyə enmişdir. Mahnının sertifikasiyası Fransa, Almaniya və Böyük Britaniya hit-paradında qızıl sertifikasiyaya layiq görülmüşdür. Sabrina Salerno Fransa hit-paradında qızıl sertifikasiyaya layiq görülmüş ilk italyan müğənnisidir.Elia Habib, Muz hit. tubes, 2002, p. 123 (ISBN 2–9518832–0-X) İtaliya hit-paradında üçüncü pillədə qərarlaşmış və 2 həftə ərzində müxtəlif pillələrdə mövqe tutmuşdur. 30 avqust 1987-ci il tarixində İsveçrə hit-paradında göstərilmiş və ilk pilləyə yüksəlmişdir.

Kaver versiyalar 1988-ci ildə Yapon pop ifaçıları Aya Suqimoto mahnının kaver versiyasını ifa etmişdir. İngilis dilli kaver versiyası isə "Boys (Tokyo Mix)" adı ilə göstərilmiş və "Aya" albomuna daxil edilmişdir. 1989–2013-cü illərdə Çin ifaçıları Yolinda Yan və Heken Li () kanton dilində mahnının kaver versiyalarını ifa etmişlər. 1994-cü ildə Fransanın rok janrında ifa edən musiqi qruplarından biri olan "Ludwig von 88" qrupu mahnının kaver versiyasını ifa etmiş və "17 plombs pour péter les tubes" adlı albomuna daxil etmişdir. 1994-cü ildə çəkilən "Özünə inanmaq" adlı hind filmində mahnının kaver versiyası "Sexy Sexy Mujhe Log Bole" adı ilə ifa edilmişdir. 2001-ci ildə Avstriyanın "Rimini Project" musiqi qrupu mahnının kaver versiyasını ifa etmişdir. 2006-cı ildə "The Cheeky Girls" musiqi qrupu mahnının kaver versiyasını "Boys and Girls (Christmas Time Love)" ilə ifa etmişdir. 2007-ci ildə Çin müğənnisi He Jie mahnının kaver versiyasını "Boys" adı ilə ifa etmişdir. 2010-cu ilin yanvar ayında Almaniyalı reper Karlpitin ilə Slovakiyanın "TWiiNS" adlı musiqi qrupu tərəfindən mahnının kaver versiyası ifa edilmişdir. Mahnı klipi Sabrina Salernonun orijinal mahnını ifa etdiyi hovuzun ətrafında çəkilmişdir. 2011-ci ildə Fin ifaçısı Sansa, mahnının kaver versiyasını "Boys (Summertime Love)" adı ilə ifa etmiş və "Savior" albomuna daxil etmişdir. Mahnı klipinin epizodunda Sabrina Salerno çıxış edir. 2012-ci ildə İspaniyanın "2 Atrevidas" (ispanca: "2 Naughties") musiqi qrupu mahnının kaver versiyasını "Boys, Boys, Boys" adı ilə ifa etmişdir. Qrupun üzvləri Sonya Monroy və Yola Berrokaldır.

Kompozisiyaların siyahısı 7" single Chic

1."Boys (Summertime Love)" — 3:56 2."Get Ready (Holiday Rock)" — 3:20

7" single Dureco Benelux

1."Boys (Summertime Love)" — 3:30 2."Get Ready (Holiday Rock)" — 3:30

12" single

1."Boys (Summertime Love)" (extended mix) — 5:40 2."Boys (Summertime Love)" (dub version) — 5:35 3."Get Ready (Holiday Rock)" — 3:30

CD single – 1995 release

1."Boys '95" (Radio Lovers Remix) – 5:36 2."Boys '95" (N. Y. D. P. Mix) – 3:40

Hit-paradlar

Hit-paradlarda mövqe

Hit parad (1987)Yüksəldiyiyer Avstraliya (ARIA Charts)Australian-charts.com – Sabrina – Boys (in Australian) ARIA Top 50 Singles.11 Avstriya (Austrian Singles Chart)Austriancharts.at – Sabrina – Boys (in Austrian) Ö3 Austria Top 40.5 Almaniya (German Singles Chart)Musicline.de – Sabrina – Boys (in German). Media Control Charts. PhonoNet GmbH.225px Avropa (European Hot 100 Singles)3 İrlandiya (Irish Singles Chart)3 Niderland (Dutch Top 40)Dutchcharts.nl – Sabrina – Boys (in Dutch). Dutch Singles Charts.4 İtaliya (Italian FIMI Singles Chart)Hitparadeitalia.it – Sabrina – Boys (in Italy). Italian Singles Chart.Officialcharts.com – Sabrina – Boys (in Italy). Italian Singles Chart.3 İsveç (Sverigetopplistan)Swedishcharts.com — Sabrina – Boys (in Sweden). Singles Top 60.5 İsveçrə (Swiss Music Charts)Swisscharts.com — Sabrina – Boys (in Switzerland). Swiss Singles Chart.1 İspaniya (Spanish Singles Chart)Salaverri, Fernando (September 2005). Sólo éxitos: año a año, 1959–2002 (1st ed.). Spain: Fundación Autor-SGAE. ISBN 84-8048-639-2.3 Finlandiya (Suomen virallinen lista)Pennanen, Timo (2006). Sisältää hitin — levyt ja esittäjät Suomen musiikkilistoilla vuodesta 1972 (in Finnish) (1st ed.). Helsinki: Tammi. ISBN 978-951-1-21053-5.2 Fransa (French Singles Chart)Lescharts.com – Sabrina – Boys (in French). Les classement single.1 Norveç (Norwegian Singles Chart)Norwegiancharts.com — Sabrina – Boys (in Norway). VG-lista.3 Böyük Britaniya (UK Singles Chart)Chartstats.com — Sabrina – Boys (in UK). UK Singles Chart.3 Belçika (Ultratop 50 Flanders)Ultratop.be – Sabrina – Boys (in Belgium). Ultratop 50.2 CAR (Springbok Radio)Rock.co.za — Sabrina – Boys (in South Africa). South African Rock Lists.14

Yüksəldiyi yerlərin ili Hit-parad (1987)Mövqe Belçika (Ultrapop)36 Niderland (Dutch Top 40)36 İsveçrə (Swiss Music Charts)7Hit-parad (1988)Mövqe Avstraliya (ARIA Charts)41

Sertifikasiya ÖlkəSertifikasiyaİlSertifikasiya satışlarıFiziki satışlar FransaQızıl1988500,000683,000Best selling-singles of all times in France Infodisc.fr (Retrieved December 12, 2007) AlmaniyaQızıl1987250,000 Böyük BritaniyaQızıl1988200,000

İstinadlar

Xarici keçidlər Sabrina Salernonun rəsmi saytı Sabrina discogs.com

Kateqoriya:Sabrina Salerno mahnıları Kateqoriya:1987-ci ilin mahnıları Kateqoriya:1987-ci ilin sinqlları