Rumıniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə indiyədək heç vaxt müsabiqədə birincilik əldə etməmiş olsa da, Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Rumıniyanın indiyədək müsabiqədə qazandığı ən yaxşı nəticə 2005-ci ildə Luminitsa Anqel və Sistem qrupunun ifa etdiyi "Let Me Try" və 2010-cu ildə Paula Selinq və Ovi duetinin ifa etdiyi "Playing with Fire" mahnıları ilə əldə etdikləri 3-cü yerdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Rumıniya hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2018-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.
Avroviziyada 17 illik iştirakının ardınca 2016-cı ildə Avropa Yayım İttifaqı tərəfindən Rumıniyanın müsabiqədə iştirakı dayandırılmışdır. Rumıniya Ovidiu Antonun ifa etdiyi "Moment of Silence" mahnısı ilə 12 may tarixində keçirilən Avroviziya 2016-nın ikinci yarımfinalında təmsil olunmalı idi. Lakin 19 aprel 2016 tarixində müsabiqəni ölkədə yayımlama hüququ olan TVR telekanalının AYİ-nə 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon€ təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlanmışdır. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinədək borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur. Məsələ həllini tapdıqdan sonra Rumıniya 2017-ci ildə müsabiqəyə geri dönmüş və finalda 7-ci yerdə qərarlaşmışdır.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1994 Rumınca Dan Bittman "Dincolo de nori" 21 14Yarımfinal olmayıb 1998 Rumınca Melina Olinesku "Eu cred" 22 6 2000 İngiliscə Taxi "The Moon" 17 25 2002 İngiliscə Monika Anqel və Marçel Pavel "Tell Me Why" 9 71 2003 İngiliscə Nikola "Don't Break My Heart" 10 73 2004 İngiliscə Sanda "I Admit" 18 18Birbaşa finalçı 2005 İngiliscə Luminitsa Anqel və Sistem "Let Me Try" 3 1581235 2006 İngiliscə, İtalyanca Mihai Traistariu "Tornerò" 4 172Birbaşa finalçı 2007 İngiliscə, İtalyanca, İspanca, Rusca, Fransızca, Rumınca Todomondo "Liubi, Liubi, I Love You" 13 84 2008 Rumınca, İtalyanca Niko və Vlad "Pe-o margine de lume" 20 45 7 94 2009 İngiliscə Elena "The Balkan Girls" 19 40 9 67 2010 İngiliscə Paula Selinq və Ovi "Playing with Fire" 3 162 4 104 2011 İngiliscə Hotel FM "Change" 17 77 4 111 2012 İspanca, İngiliscə Mandinga "Zaleilah" 12 713120 2013 İngiliscə Çezar "It's My Life" 13 65 5 83 2014 İngiliscə Paula Selinq və Ovi "Miracle" 12 722125 2015 Rumınca, İngiliscə Voltaj "De la capăt - All Over Again" 15 35 5 89 2017 İngiliscə İlinka və Aleks Florea "Yodel It!" 7 282 6 174 2018 İngiliscə The Humans "Goodbye"Finala keçməyib 11 107 2019 İngiliscə Ester Peoni "On a Sunday" 13 71
Səsvermə tarixi Rumıniyanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 114 2 107 3 70 4 67 5 66
Rumıniyanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 149 2 128 3 96 4 655 60 60
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Qalereya
İstinadlar
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində