Bizim müasir qadınlar qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Həsənoğlu tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Azərbaycan qadınlarına həsr olunmuşdur.

Məzmun Film Azərbaycan qadınlarına həsr olunmuşdur. Serebrovski Adına NQÇİ-nin operatoru Sara Vəzirova, elektromontajçı Pakizə Qasımova, Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Sürəyya Kərimova, Sosialist Əməyi Qəhrəmanı, tütünçü Zalxa Həsənova, gəncəli toxucu Rimma Quliyeva, heykəltaraş Elmira Hüseynova, şair Nigar Rəfibəyli, təyyarəçi Züleyxa Seyidməmmədova, pedaqoq, xoreoqrafiya məktəbinin müəlliməsi Mərziyə İbrahimova filmin qəhrəmanlarıdırlar. Burada söhbət heykəltaraş Elmira Hüseynovanın adından aparılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 187

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1976-cı ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:1976-cı ilin Azərbaycan filmləri Kateqoriya:Ramiz Həsənoğlunun filmləri