Vinçenso Perucia (; d. 8 oktyabr 1881, İtaliya - ö. 8 oktyabr 1925, Fransa) — "Mona Liza"nı tarixi vətəninə qaytarmaq arzusuyla oğurlamış şəxs; italyan rəssam və dekorator.
Əsrin oğrusu
Vinçenso Perucia XX əsrin ən səs-küylü oğurluğunun baş qəhrəmanıdır. O, 1911-ci il avqustun 21-də Parisdəki "Luvr" muzeyindən dahi italyan rəssamı Leonardo da Vinçinin şedevri - "Mona Liza" rəsmi oğurlamışdır.
Həmin vaxt o, Luvr muzeyinin sabiq əməkdaşı idi. Milliyyətcə italyan olan rəssam və dekorator Vinçenso Perucia üçün "Cokonda"nı oğurlamaq heç çətin olmamışdır. Perucia, sadəcə, muzeydəki şkafların birində gizlənərək iş vaxtının bitməsini gözləyib. Daha sonra şəkli divardan çıxararaq muzeyi tərk etmişdir. Məhkəmənin ona cəmi 1 illik həbs cəzası kəsmişdir.
İstinadlar
Həmçinin bax
Mona Liza
Kateqoriya:İtalyanlar Kateqoriya:İtaliyada doğulanlar Kateqoriya:Fransada vəfat edənlər Kateqoriya:Mona Liza Kateqoriya:İtaliya şəxsləri