Munis Xarəzmi (1778–1829) — Özbəkistan şairi.

Həyatı Munis Xarəzmi (1778–1829) yüksək təhsil almış, böyük klassiklərin əsərlərini öyrənmişdir. O ziyalı ailədəanadan olmuşdur. Munis klassik şeir vəzni olan əruz vəznində gözəl əsərlər yazmışdr. Qəzəlləri, qəsidələri, tərkibbəndləri, qitələri ilə şeirin müxtəlif formalarda cığatay ədəbiyyatının gözəl poetik nümunələrini yaradan şair ədəbi dil zənginliyi ilə də fərqlənirdi.

Onun yaradıcılığı "Həmsöhbət sevgililər" divanında toplanmışdır. Divana "Bilik haqqında traktat" və "Xoşbəxtlik bağı" adlı tarixi əsərləri də əlavə olunmuşdur. Munis Xarəzmi və Məhəmmədrza Agahi (1809–1874) tərəfindən Xivə tarixləri öz poetik ifadəsini tapmışdır.

Mənbə Ənvər Çingizoğlu, Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nun nəşriyyatı, 2012, 136,-səh.

İstinadlar

Həmçinin bax Özbəkistan ədəbiyyatı

Kateqoriya:Özbəkistan yazıçıları Kateqoriya:Özbəkistan şairləri Kateqoriya:Özbəkistan tarixçiləri Kateqoriya:Tarixçilər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:XIX əsr tərcüməçiləri