— "Sega" şirkətinin talismanı, şirkətin hazırladığı və nəşr etdiyi "Sonic the Hedgehog" videooyun seriyasının, eləcə də müxtəlif spin-off komikslər, animasiya və digər mediaların baş qəhrəmanı. Onun əsl adı – .

Sonik səsdən sürətli bir şəkildə qaça və əsasən düşmənlərə hücum etmək üçün top formasına burula bilən göy rəngli antropomorfik bir kirpidir. Buna görə o, ; mənası – ) adlanır. Sonik oyunların əksəriyyətində səviyyələri müəyyən bir vaxt çərçivəsində bitirməli, eyni zamanda power-up halqalarını götürməli və maneələrdən, eləcə də düşmənlərdən qaçınmalıdır. Onun əsas antaqonisti – Doktor Eqqman dünyanı fəth etmək və «Eqqmanlend» imperiyasını qurmaq istəyir.

Kirpi Sonikin yaradımasında "Sega" şirkətindəki bir çox şəxsin səyi olsa da, proqramçı Yuci Naka və rəssam Naoto Oşima personajların əsas müəllifləri hesab edilirlər. Orijinal "Sonic the Hedgehog" videooyunu "Sega" şirkətini "Nintendo" şirkətinin flaqman personajı olan Marionun rəqibi olacaq və Aleks Kidd () personajını əvəzləyəcək bir talisman ilə təmin etmək üçün 1991-ci ilin iyun ayında satışa çıxarılmışdır. Kirpi Sonik "Sonic Adventure" (1998) videooyunu üçün Yuci Uekava tərəfindən yenidən dizayn edilmişdir. Bu dizayn dəyişikliyi ilə Kirpi Sonik daha yetkin bir xarici görünüş əldə etmişdir.

Kirpi Sonik dünyanın ən tanınmış videooyun personajlarından birinə çevrilmişdir. 2014-cü ilin noyabr ayında əldə edilən statistik məlumatlara əsasən, onun şərəfinə adlanan videooyunlar cəmi 150.000.000 nüsxə satmışdır. 2005-ci ildə Kirpi Sonik, Mario və Link Oyun xiyabanına əlavə edilən ilk videooyun personajları idi. Videooyunlara əlavə olaraq, o, komikslər, kitablar, cizgi filmlər və bir anime filminin protaqonistidir. —

Xarakteristikası thumb|left|180px|1991-ci ildən 1998-ci ilə qədər müxtəlif medialarda nümayiş olunmuş Kirpi Sonik dizaynı (Klassik Sonik).

Kirpi Sonikin əsl yaşı, çəkisi, boyu və dizaynı kimi fiziki əlamətləri vaxtilə dəyişmişdir. Orijinal olaraq, videooyunlarda Naoto Oşimanın hazırladığı dizayndan istifadə edirdi. Bu dizaynda kirpinin xarici görünüşü "uşaq" kimi idi. Onun iynələri qısa, bədəni dairəvi və göz qişası yox idi. 1998-ci ildə "Sonic Adventure" videooyununun satışa çıxarılmasıyla Kirpi Sonikin imici Yuci Uekava tərəfindən yenidən işlənmişdir. Onun dizaynı ilə personaja uzun ayaqlar və daha az dairəvi olan bir bədən verilmişdir. Bu isə onu daha hündür görsənməyinə səbəb olmuşdur. Buna əlavə olaraq, Kirpi Sonikin iynələrinin uzunluğu artırılmış, göz qişası isə yaşıl rəngdə verilmişdir. Bundan başqa 2006-cı ildə "Sonic the Hedgehog" videooyununun satışa çıxarılmasıyla personajın xarici görünüşünə dəyişikiklər əlavə edilmişdir. O daha arıq və uzun olmuş, iynələri və xəzi isə daha açıq bir rəngdə verilmişdir. Dizaynların bütün variantlarında Sonik üzərində ağ rəngli bir halqa olan bir cüt qırmızı rəngli altı rezin ayaqqabı və ağ rəngli bir əlcək geyinir. Sonikin komikslər və cizgi filmlər kimi adaptasiyalarında videooyunlarda nümayiş edilən dizaynlardan istifadə edilmişdir. Hal-hazırda personajın boyu – , çəkisi isə – .

"Archie Comics" publikasiyası tərəfindən nəşr edilən komikslərin süjetlərinə əsasən, Sonik uydurma Mobius planetində, Kirpi Culs və Kirpi Bernadettin ailəsində anadan olmuşdur. İlk vaxtlarda onun xəzinin rəngi qəhvəyi idi. Bir gün, Kirpi Sonik gizli yeraltı laboratoriyasını kəşf edir. O, Xaos Zümrüdləri adlanan sehrli daşların köməyi ilə planeti pisniyyətli varlıqlardan qorumaq istəyirdi. Kintobor və Sonik çox keçmədən dostlaşırlar. Kintoborun xüsusi qaçış xalçası ilə Sonik qaçış sürətini artırır və bir gün o, səs sürətindən daha sürətli olur. Buna görə də onun xəzinin rəngi göy olur. Bu hadisədən bir gün sonra Kintoboru pisniyyətli adlı pisniyyətli bir alimə çevirən bir hadisə gerçəkləşir. Onun arzusu bütün Mobiusun hökmdarı olmaq idi.

Sonik ən sürətli videooyun personajıdır. O, özünün qurduğu qaydalar ilə yaşayır, azadlıq və macəraları sevir, kiminsə ona təzyiq göstərməsindən nifrət edir. Sakin bir təbiətə malik olmasına baxmayaraq, Sonik hadisələr yavaşca inkişaf edəndə bədhövsələliklə və səbirsizcəsinə davranır. Kirpi Sonik həmişə öz planlarını əvvəlcədən hazırlayır və tapşırıqlarını riskli bir addım atmaqdan qorxmayaraq yerinə yetirir. Buna görə də dostları ona hörmət edir. Onun yaxın dostu və yoldaşı – . O, baş qəhrəmana həmişə kömək edir. Sonikin digər ən yaxın dostu – . Yexidna Naklzın sərt və ciddi təbiətinə görə bu dostluq bəzən rəqabətə çevrilir. Kirpi Kirpi Sonikə aşiqdir, fəqət Kirpi Sonik Emi Rouzun hisslərindən utandığına və qorxduğuna görə ona qarşılıqlı bir cavab vermir. Bütün videooyunların, komikslərin və cizgi filmlərin süjetlərində Kirpi Sonikin əsas düşməni – . O tez-tez döyüşçü robotlar və dünyanı fəth etmək barədə planlar hazırlayır, amma baş qəhrəman hər kəsi alimin pis niyyətlərindən xilas edir.

Videooyunlarda Kirpi Sonik düşmənlərini məğlub etmək üçün hündürə tullana və top formasına burula bilir. "Spin dash" üsulundan istifadə edərək Kirpi Sonik əvvəl yerində sürətlənərək rəqiblərinə hücum etmək üçün top formasına burulur və yüksək sürətlə irəliləyir. "Homing attack" üsulu ilə o, düşmənlərinə hündürə tullanaraq hücum edir. O, üzə bilmədiyindən suyu xoşlamır. Kirpi Sonik personajı üçün böyük bir əhəmiyyət daşıyan qızıl halqalar onu düşmənə qarşı müdafiə edir. Xaos Zümrüdlərinin hamısı topladıqdan sonra baş qəhrəman öz super-forması olan Super Sonikə çevrilir. Bu formada ikən onun xəzinin rəngi sarı, gözünü rəngi qırmızı olur və onun iynələri dik durur.

Nümayişolunma tarixi Videooyunlarda Kirpi Sonik videooyun personajı olaraq ilk dəfə 1991-ci ilin fevral ayında Yaponiyada satışa çıxarılan "Rad Mobile" videooyununda kameo olaraq nümayiş olunmuşdur. Bundan sonra o, ona həsr olunmuş eyniadlı videooyunda nümayiş olunmuşdur ki, bu videooyun 1991-ci ilin iyun ayında Mega Drive/Genesis konsolu üçün satışa çıxarılmışdır. Bu epizodda Kirpi Sonik və baş düşməni Doktor Eqqman ilk dəfə qarşı-qarşıya idilər. İlk epizodda Kirpi Sonik antaqonist və robotları ilə tək başına vuruşur, ancaq "Sonic the Hedgehog 2" videooyununda Kirpi Sonikin yardımına Tülkü Teylz gəlir. "Sonic CD" videooyununda baş qəhrəman Emi Rouzla tanış olur. "Sonic the Hedgehog 3" və "Sonic & Knuckles" videooyunlarında Kirpi Sonik düşmənlərlə Yexidna Naklzla birlikdə vuruşur və onunla dostlaşır. Əsas süjet xəttinin davamı olan "Sonic the Hedgehog 4: Episode I" videooyununda Kirpi Sonik yenə tək başına olur, ancaq oyunun ikinci hissəsi olan "Sonic the Hedgehog 4: Episode II" videooyununda Tülkü Teylz ona qoşulur. Bu videooyunlar "Sonic the Hedgehog" seriyasının əsas epizodlarıdırlar. Kirpi Sonik 1991-ci ildə satışa çıxarılan "Sonic the Hedgehog" videooyununun 8-bit versiyasından başlayaraq "Sonic the Hedgehog" seriyasının bütün epizodlarında nümayiş olunur.

"Sonic Adventure" videooyunu "Sonic the Hedgehog" seriyasının ilk əsas epizodudur. Bu videooyun seriyanın üçölçülü qrafikalardan istifadə edən ilk epizodudur. Videooyunun süjetində Kirpi Sonik və dostları Doktor Eqqman tərəfindən Əsas Xaos Zümrüdündən sərbəst buraxılmış Xaos bədheybəti ilə vuruşmalı olurlar. Pisniyyətli alim onu özündən asılı vəziyyətə salmaq istəyir ki, onun dağıdıcı gücündən istifadə edərək bütün Xaos Zümrüdləri toplasın və Vağzal meydanını (Station Square) ələ keçirsin. Oyunun xronoloji davamı olan "Sonic Adventure 2" videooyununda Kirpi Sonik və Doktor Eqqman dünyanı qlobal və militarist bir təşkilat olan Millətlərin Keşikçi Vahidlərindən ( MKV; , G.U.N.) xilas etmək üçün çiyin-çiyinə vuruşurlar. Buna baxmayaraq, seriyanın növbəti epizodu olan "Sonic Heroes" videooyununda Doktor Eqqman yenə də dünyanı fəth etmək arzusunda olur, Kirpi Sonik və dostları isə onun bu arzularını gerçəkləşdirməyinə imkan vermir. 2006-cı ildə satışa çıxarılan "Sonic the Hedgehog" videooyununda protaqonist Soleanna şəhərinin şahzadəsini xilas edir. O, "Sonic Unleashed" videooyununda Dark Qayya (Dark Gaia) tərəfindən məhv edilən planeti bərpasında iştirak edir. "Sonic Colors" videooyununda Kirpi Sonik kosmos mövzulu bir əyləncə mərkəzində olarkən visplər olaraq bilinən kiçik məxluqları xilas edir. "Sonic Generations" videooyununda Kirpi Sonik özünün "klassik" versiyası ilə tanış olur. "Sonic Lost World" videooyununun əsas süjeti Unudulmuş Heks (Lost Hex) adlı uydurma bir planetdə cərəyan edir. Burada Kirpi Sonik Ölümcül Altılıq (Deadly Six) adlı məxluqlardan ibarət bir qrup ilə üz-üzə gəlir.

Kirpi Sonik "Sonic the Hedgehog" seriyasının əsas epizodlarına əlavə olaraq, avtosimulyator, faytinq, Yaponiya rol oyunu janrlarında hazırlanmış videooyunlarda da nümayiş olunub. "Sonic Storybook" adlı ayrı bir videooyun seriyası var. Bu seriyanın epizodlarının əsas süjetləri "Min bir gecə" nağılları və "Kral Artur" əfsanəsinin dünyalarında cərəyan edir. "Dr. Robotnik’s Mean Bean Machine", "Knuckles’ Chaotix", "Tails’ Skypatrol", "Tails Adventure" və "Shadow the Hedgehog" kimi videooyunlar seriyanın personajlarına həsr olunublar. Bu epizodlarda Kirpi Sonik əsas süjetdə ya heç nümayiş olunmayıb, ya da ki, əsasən kameo formasında nümayiş olunub. Kirpi Sonik başqa videooyun seriyalarında da nümayiş olunub. "Nights into Dreams…" videooyununun "Christmas Nights into Dreams" buraxılışıda oyunçular Kirpi Soniki idarə edərək Doktor Eqqmanla vuruşa bilərlər. "Samba de Amigo" videooyununda oyunçular məşhur "Green Hill" səviyyəsində ritmlə rəqs edə bilərlər. Personaj "Super Smash Bros. Brawl" krossoverlərində də nümayiş olunub. Əlavə olaraq, Kirpi Sonik "Sega Superstars" və "Mario & Sonic" videooyun seriyalarının bütün epizodlarında protaqonist kimi nümayiş olunub.

Animasiyalarda thumb|right|250px|"Sonik Bum" cizgi serialının loqotipi (2014-cü il).

Kirpi Sonik personajına həsr olunmuş ilk üç cizgi serial hal-hazırda müflisləşmiş olan "DiC Entertainment" beynəlxalq kino və telelviziya istehsal şirkəti tərəfindən hazırlanmışdır. Bu cizgi seriallarının birincisi olan "Kirpi Sonikin macəraları" cizgi serialının premyerası 1993-cü ildə gerçəkləşmişdir. Cizgi serialın epizodlarının süjetləri pisniyyətli alim Ayvo Robotnik və onun robotlarına qarşı çıxan Kirpi Sonik və dostu Tülkü Teylzin macəralarından bəhs edir. Həmin il Kirpi Sonikə həsr olunmuş başqa bir cizgi serial olan "Kirpi Sonik" yayımlanmağa başlamışdır. Bu cizgi serialların ikisinin də süjetləri Mobius planetində cərəyan edir. Alim Ayvo Robotnik Mobotropolis şəhərinə daxil olur və robotlardan ibarət ordusunun köməyi ilə oranı ələ keçirir. Şəhərin bütün sakinləri ona tabe olur, ancaq şəhərdən qaçanlar Doktor Eqqmanı devirmək üçün Azadlıq Döyüşçüləri () qrupunu təsis edirlər. Kirpi Sonik də bu qrupun bir üzvü olur. Üçüncü cizgi serial olan "Sonik Anderqraund" 1999-cu ildə yayımlanmağa başlamışdır. Cizgi serial Kirpi Sonikin, eləcə də onun bacısı Kirpi Sonya və qardaşı Kirpi Menikin macəralarından bəhs edirdi.

Yaponiya studiyaları da Kirpi Soniklə əlaqədar bir neçə layihələr üzərində işləyiblər. 1996-cı ildə tammetrajlı anime filmi olan "Sonic the Hedgehog: The Movie" OVA-sının premyerası gerçəkləşmişdir. 1999-cu ilin sentyabr ayında bu OVA ABŞ-də "ADV Films" tərəfindən lisenziyalaşdırılmışdır. Əlavə olaraq, 2003-cü ildən 2004-cü ilə qədər 78 epizodluq "Sonic X" serialı yayımlanmışdır. "TMS Entertainment" tərəfindən hazırlanmış bu anime serialı "Sonic the Hedgehog" videooyun seriyasının epizodlarına əsaslanırdı. Yaponiya hazırlanmış və personaja həsr olunmuş ən son animasiya qısametrajlı "Sonic: Night of the Werehog" idi. 2006-cı ildə satışa çıxarılan "Sonic Unleashed" videooyununa əsaslanan bu cizgi filmdə Sonik və yeni dostu ruhların tez-tez baş çəkdiyi bir evdə qalırlar.

2014-cü ildə "Sonik Bum" adlı bir cizgi serialının premyerası reallaşmışdır. Burada süjet xətti "Sonic the Hedgehog" videooyun seriyasından fərqli bir kainatda, alternativ bir kainatda cərəyan edir. Cizgi serialın hər bir epizosu Kirpi Sonik, Tülkü Teylz, Yexidna Naklz, Emi Rouz və Porsuq Stiksin iştirakı ilə fərqli bir hekayədən bəhs edirdi. Bu personajlar hər bir epizodda Doktor Eqqmanın pisniyyətli planlarına qarşı çıxırlar.