Jerom Roten (; ) ― hücuma meyilli yarımmüdafiəçi mövqeyində oynayan fransız futbolçu. Ləqəbi "Robot Roten"dir. Hazırda Korsika klubu olan "Bastia"da oynayır.
Karyerası
Klub karyerası Peşəkar futbolçu karyerasına "Kan"da başlayan Roten "Trua"nın formasını geyən zaman məşhurlaşıb. Bundan sonra "Monako"ya transfer olunub. 2003–2004-cü il mövsümündə keçirilən UEFA Çempionlar Liqasında "Monako"nun heyətində turnirin finalında oynasa da, klubu məğlub olub. "Monako"dan sonra Roten "Pari Sen-Jermen" klubuna transfer olunub və bu komandanın heyətində oynadığı 154 oyunda 13 qol vurub. Həmin mövsüm səkkiz dəfə Fransa milli futbol komandasının formasını geyinib. "Pari Sen-Jermen"də beş il oynadıqdan sonra "Qlazqo Reyncers"ə icarəyə verilib. 2009–2010-cu illərdə yenə də icarə şərtləri ilə Türkiyənin Ankaragücü futbol klubunun heyətində yaşıl meydançaya çıxıb. "Ankaragücü"nün heyətində 12 oyun keçirib. Klub Roteni birdəfəlik öz heyətinə transfer etmək istəsə də, "Pari Sen-Jermen" ilə razılıq əldə edə bilməyib. 2010-cu ildə Roten "Pari Sen-Jermen" klubunu da tərk edib və Korsika adasının "Bastia" klubu ilə müqavilə imzalayıb.
Millî komanda karyerası Roten Fransa milli futbol komandasının heyətində 14 oyuna çıxıb və iki qol vurub. FİFA Konfederasiyalar Kuboku 2003 və UEFA Avropa Kuboku 2004-də iştirak edən Fransa millisinin heyətində olub.
Xarici keçidlər PSG Profili Transfermarkt.com.tr Profili TFF Profili FFF Profili
Roten Roten Roten Roten Roten Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:UEFA Avro 2004 futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Trua FK futbolçuları Kateqoriya:Şotlandiya Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:2003 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Fransa milli futbol komandasının oyunçuları Kateqoriya:Reyncers FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:O-de-Sendə doğulmuş futbolçular