Antonim () — leksik mənalarına görə bir-birinin əksi olan sözlərə deyilir. Antonim qarşılıqlar köklərinə görə fərqli olmalıdır. Əsl antonimlik müxtəlif köklü sözlərin əksliyi şəklində tazahür edən leksik antonimlərdir. Məsələn: ağ — qara, dost — düşmən, gülmək – ağlamaq, oturub-durmaq. Ağıllı va ağılsız kimi sözlər bir-birinə əks mənalar versələr də, kökləri eyni olduğundan onları antonim adlandırmaq olmaz. Antonim qarşılıqlar da, sinonimlər kimi, eyni nitq hissəsinə mənsub olur yaxud (hər ikisi isim), gediş-gəliş (isim), acı-şirin (sifət) ağlağan-güləyən (sifət), uzun-qısa (sifət), yuxarı-aşağı(zərf), gecə-gündüz (zərf), oturmaq- durmaq(feil), gülmək — ağlamaq(feil), açmaq-bağlamaq (feil), az-çox (say).Antonimlər Virtual Mekteb saytında Yoxlanılıb: 11 may 2015

Nəzərə almaq lazımdır ki, frazeoloji söz birləşmələrinin antonimi də ancaq özü kimi frazeoloji birləşmə olmalıdır. Məsələn: dilotu yemək — ağza su alıb oturmaq.

Sözlər Söz Sözün əksi İsti Soyuq Gecə Gündüz Arıq Kök İgid Qorxaq Sülh Müharibə Oturmaq Durmaq Ölü Diri Səhər Axşam Böyük Kiçik Sakit Coşqun Şirin Acı Nazik Qalın

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Leksikologiya Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Söz növləri Kateqoriya:Semantik əlaqələr