Dmitri Borisoviç Kabalevski (; ) — rus bəstəkarı, SSRİ xalq artisti (1963), Lenin mükafatı laureatı (1972), Sosialist Əməyi Qəhrəmanı (1974).
Həyatı D.B.Kabalevskinin yaradıcılığının və çoxcəhətli fəaliyyətinin rus musiqi mədəniyyətinin inkişafında özünəməxsus yeri var. O, tanınmış bəstəkar, ictimai xadim, görkəmli alim, pedaqoq, pianoçu olmuşdur. Bəstəkarın yaradıcılıq irsi müxtəlif çeşidli əsərlərlə təmsil olunmuşdur. Buraya bir neçə opera və simfoniya, bir baletin və operetta, instrumental konsertlər və kamera ansambllar, f-no pyesləri və vokal əsərləri, teatr tamaşalarına və kinofilmlərə yazılmlş musiqi daxildir. D.B.Kabalevski 1904-cü ildə Peterburqda anadan olmuşdur. Musiqi təhsilini əvvəl musiqi texnikumunda sonra isə Moskva konservatoriyasında pianoçu və bəstəkarlıq ixtisasları üzrə davam etdirmiş tələbəlik illərində əsasən kamera janrlarında əsərlər bəstələmişdir. 30-cu illərdə yaradıcılığının ən məhsuldar dövründə Kabalevski orkestr və xor üçün “mübarizə poemasını” , 2-ci f-no konsertini, 3 simfoniyasını, R.Rollanın əsasında “Kola Brünyon” operasını bəstələyir. Müharibənin ilk aylarında kütləvi mahnılar, səs və orkestr üçün vokal monoloqlar,səs ila f-no üçün S.Marşakın sözlərinə 3 uşaq mahnısı, “7 şən mahnı”, vokal silsiləsi, “Böyük Vətən” kantatası meydana çıxır.Müharibə illərinin əsərlərindən danışarkən “Xalq qisasçıları” süitasını, “Od içində” operasını, N.M.Myaskovskiyə həsr olunmuş 24 prelüd silsiləsini (f-no üçün), 1944-cü ildə “Don Kixot” radio tamaşasına yazdığı musiqini qeyd etmək lazımdır. Müharibədən sonrakı dövrdə bəstəkar instrumental musiqi sahəsində çox fəal işləyir, V.Şekspirin “Romeo və Cülyetta” faciəsinə “Musiqi lövhələri” süitasını yazır. Bəstəkar 20 illik fasilədən sonra yenidən simfoniya janrına müraciət edərək, 1966-cı ildə 4cü simfoniyasını bəstələyir. Simfoniyanın məzmunu çoxplanlıdır,dramaturgiyası isə kəskin konfliktlərlə zəngindir. Bəstəkar opera janrında da çox bəhrəli çalışmışdır. 1947-50-ci illərdə B.Qorbatovun “Yenilməz insanlar” povesti üzrə Tarasın ailəsi”, 60-cı illərdə L.Lavrovun povesti üzrə “Bacılar” operasını, 1952-ci ildə “Bahar oxuyur” operettasını yazır. Kabalevski xor musiqisinə də böyük maraq göstərirdi. O yenidən kantata, oratoriya kimi iri formalara müraciət edir, Q.solodarın sözlərinə “Şəhər,bahar və sülh haqqında nəğmə”, “Doğma torpaq haqqında “, “Dostluq nəğmələri” kantatalarını bəstələyir. Kabalevskinin ən məşhur əsərlərindən biri şair R.Rojdestvenskinin sözlərinə yazdığı “Rekviem” əsəridir. Əsər Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanlara ithaf olunub. “Rekviyem”ə görə bəstəkar Dövlət mükafatına layiq görülür. Yaradıcılığının son dövründə Kabalevski V.Şekspir, R.Həmzətov, S.Marşak və başqa şairlərin şeirlərinə müraciət edərək, romanslar bəstələyir. Bas və f-no üçün Şekspirin sözlərinə yazdığı “On Sonet” bəstəkarın yaradıcılığında önəmli rol oynayır. Onlar lirik monoloq tərzində bəstələnmişdir. D.B.Kabalevski 1987-ci ildə vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər Dmitri Kabalevski'nin besteleri Произведения Кабалевского на сайте Classical Connect Официальный сайт, посвящённый Кабалевскому Краткие содержания (синопсисы) опер Кабалевского на сайте «100 опер» В. А. Разумный Воспоминания современника о Д. Б. Кабалевском Могила Д. Б. Кабалевского Международный конкурс им. Д. Б. Кабалевского Набор открыток Международного конкурса имени Д. Б. Кабалевского Школа имени Д. Б. Кабалевского (Центр образования № 1601) Музей Д. Б. Кабалевского в Центре образования № 1601
Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:Opera bəstəkarları Kateqoriya:Balet bəstəkarları Kateqoriya:Operetta bəstəkarları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Rus bəstəkarlar Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:"Lenin" mükafatı laureatları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Rusiya kişi bəstəkarları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Rusiya dirijorları Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Rusiya film bəstəkarları Kateqoriya:Rusiya pianoçuları Kateqoriya:Rusiya klassik musiqiçiləri