Hiyeronim Bosx və ya Hiyeronimus Boş (; ) (Jeroen Anthoniszoon van Aken) — XV və XVI əsr holland rəssamı. Niderland dilində soyadı Bos kimi oxunur. İntibah dövrünün şimaldakı nümayəndələrindən biri sayılır. Yaşadığı dövrdə əsərləri kral və zadəganlar tərəfindən alınan məşhur rəssam olmağına baxmayaraq, indiki dövrdə haqqında çox az şey məlumdur.
Həyatı Jeroen Anthoniszoon van Aken adıyla rəssam Antonis van Akenin (ö. 1478) oğlu kimi 1450-ci ildə Şimali Brabant, Hollandiyada dünyaya gəlmişdir. Həyatının böyük bir qismini Sertoqenbuş ('s-Hertogenbosch) şəhəri və ətrafında keçirən Bosxun rəsmi qeydlərdə adı ilk dəfə 1474-cü ildə, iki qardaşı və bir bacısı ilə birlikdə keçir.
Xarici keçidlər Jheronimus Bosch Art Center ART cyclopedia
Həmçinin bax Dünyəvi zövqlər bağı Çarmıx daşıyan İsa (rəsm əsəri)
İstinadlar Kateqoriya:Niderland rəssamları Kateqoriya:İeronim Bosx
Kateqoriya:Holland intibah rəssamları