Bujumbura — Burundinin paytaxtı. Tanqanika gölünün şimal-şərq sahilində yerləşir. Əhalisi 2010-cu ilin hesablamalarına görə 374 766 nəfərdir.
1889-cu ilədək kiçik kənd olan Bujumbura, həmin il Alman Şərqi Afrikasının hərbi məntəqəsinə çevrilmiş, Birinci Dünya müharibəsindən sonra isə Millətlər Cəmiyyətinin mandatına əsasən Belçikanın idarəçiliyinə verilən Ruanda-Urundi bölgəsinin inzibati mərkəzi seçilmişdir. 1962-ci ildə müstəqillik əldə edənə qədər şəhər Usumbura adlanırdı.
Yerli dildən tərcümədə Bujumbura sözü "kartof satılan bazar" mənasını verir.
İstinadlar
Kateqoriya:Burundi şəhərləri Kateqoriya:Afrika dövlətlərinin paytaxtları Kateqoriya:Keçmiş paytaxtlar