Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film.
Məzmun Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır.
Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Filmin heyəti
Film üzərində işləyənlər Quruluşçu rejissor: Şamil Mahmudbəyov Ssenari müəllifi: İmran Qasımov, Həsən Seyidbəyli Quruluşçu operator: Əsgər İsmayılov Məsləhətçi: Xəlil Məmmədov, Abdulla İbrahimov
İstinadlar
Kateqoriya:1960-cı ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Şamil Mahmudbəyovun filmləri