Ağalar bəy Ağalar bəy Səfikürdski () — Gəncə Şəhər Dumasının başçısı, həkim.
Həyatı Ağalar bəyin üçüncü oğlu Ağalar bəy 1890-cı ildə Səfikürd obasında doğulub. Gəncə gimnaziyasında təhsilini başa vurduqdan sonra Moskva Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1917-ci ildə universiteti tamamladıqdan sonra Gəncə şəhərində əmək fəaliyyətinə başlamışdı.
15 aprel 1920 tarixində Gəncə Şəhər Dumasının sədri seçilmişdir. Sovet dönəmində Bakı şəhərində 4 nömrəli xəstəxanada baş həkim, Gəncə şəhər Səhiyyə Şöbəsinin müdiri, Semaşko adına xəstəxanada baş həkim, Respublika Səhiyyə nazirliyində idarə rəisi vəzifələrində çalışmışdı.
Ağalar bəy 1966-cı ildə vəfat etmişdir.
Ailəsi Ağalar bəyin Silva xanım və Zülfi xanım adlı qızları vardı.
Mənbə Ənvər Çingizoğlu, Səfikürdskilər, Bakı, "Elm", 2005, 152 səh.
Həmçinin bax Səfikürdskilər
İstinadlar
Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Səfikürdskilər Kateqoriya:Moskvada təhsil almış azərbaycanlılar Kateqoriya:Gəncə Şəhər Dumasının üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:İttihad Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Gəncə Şəhər Dumasının sədrləri Kateqoriya:Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri