Sumatra (bəzən Sumatera) İndoneziyanın qərbində bir adadır. Sunda adalarının ən qərbində olanıdır. 475,807.63 km2 ərazisi ilə dünyanın ən böyük altıncı adasıdır. Ayrıca tamamiylə İndoneziyaya aid ən böyük ada ünvanına da sahibdir (digər iki ada, Kalimantan ve Yeni Qvineya, qismən İndoneziyada yer alırlar). Ən böyük şəhəri 2.400.000 nəfərlik əhalisi ilə Medandır.
Etimologiyası Sumatra qədim çağlarda adada olan bol miqdarda qızıl mədənlərindən ötrüA Kingdom of Words: Language and Power in Sumatra, Oxford University Press, 1999, isbn=983560035X Sanskritcə Swarnadwīpa ("Qızıl adası") və Swarnabhūmi ("Qızıl torpaq") adlarıyla bilinirdi. Sumatra adını ilk olaraq 1017-ci ildə Çinə elçi göndərən Srivijaya kralı Sumatrabhumi ("Sumatra torpaqlarının kralı") işlətdi. X–XIII yüzillərdə Ərəb coğrafyaçılar Açeyə yaxın bir krallıq olan Lamriyə ithafən Sumatra adası üçün Lamri (Lamuri, Lambri və ya Ramni) adlarını işlətdilər. XIV yüzilin sonlarında Samudra krallığının yüksəlişiylə adanın da adı Sumatra olaraq yayqın bir şəkildə işlənməyə başlandı.
Tarix
İdarəsi Sumatranın vilayətləri:
Açe (mərkəzi: Açe) Bangka-Belitung (mərkəzi: Pangkalpinang) Bengkulu (mərkəzi: Bengkulu) Jambi (mərkəzi: Jambi) Lampung (mərkəzi: Bandar Lampung) Riau (mərkəzi: Pekanbaru) Riau adaları (mərkəzi: Tanjung Pinang) Batı Sumatra (mərkəzi: Padang) Güney Sumatra (mərkəzi: Palembang) Kuzey Sumatra (mərkəzi: Medan)
Coğrafiyası
Böyük şəhərləri Sumatra adasının ən böyük yerləşim birimləri The World Gazetteer tərəfindən 2009-cu ildə aparılan araşdırmaya görə: Siralama Şəhər, vilayət Əhali 1 Medan, Şimali Sumatra 3,418,645 2 Palembang, Cənubi Sumatra 1,271,855 3 Padang, Qərbi Sumatra 960,184 4 Bandar Lampung, Lampung 916,561 5 Pekanbaru, Riau 763,275 6 Jambi, Jambi 454,686 7 Bengkulu, Bengkulu 373,243 8 Açe, Açe 287,769 9 Pematang Siantar, Şimali Sumatra 209,568 10 Lubuklinggau, Cənubi Sumatra 189,371
İstinadlar
Kateqoriya:İndoneziya adaları Kateqoriya:Cənubi Çin dənizi adaları Kateqoriya:Zond adaları Kateqoriya:Hind okeanının adaları Kateqoriya:Yava dənizi adaları