Məzmun Böyük bir şəhərdə iki həmyerli təsadüfən rastlaşır. Onlardan biri kənddən çoxdan çıxmış və şəhərdə məskunlaşmışdır. Digəri isə şəhərə yenicə gəlmişdir…

Müəlliflər göstərirlər ki, xarakterlərin toqquşması və həyat şəraiti insan taleyini kəskin şəkildə dəyişə bilər. Bu dünyada öz yerini necə axtarıb tapmalı? Qəlbinin səsini necə eşitməli? Film tamaşaçını bu suallar ətrafında düşünməyə çağırır.

Kinolentdə namus və xeyirxahlıq, insanpərvərlik və halallıq, torpağa və doğma xalqa məhəbbət kimi hisslər tərənnüm olunur.

Film haqqında Film Əkrəm Əylislinin "Ürək yaman şeydir" hekayəsinin motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Valeri Kərimov Ssenari müəllifi: Əkrəm Əylisli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Rauf Əliyev Səs operatoru: Tatyana Kərimova Quraşdırılmış çəkilişlərin operatoru: Ramiz Babayev İkinci rejissor: Yusif Əlizadə (Yusif Əliyev kimi) Filmin direktoru: Nadir Əliyev

Rollarda Tofiq Qarayev — Əjdər Şahin Əliyev — Samir Səməd Heydərov — Teymur Mayak Kərimov Elxan Quliyev Gündüz Abbasov Kamil Məhərrəmov İdris Rüstəmov Dadaş Kazımov M. Hacıyeva

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 319.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:"Debüt" Studiyası Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması