Əbülhəsən xan Musa xan oğlu İqbali Azər () — Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri.
Həyatı Əbülhəsən xan Musa xan oğlu 1870-ci ildə Qəzvin vilayətinin Əlvənd kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.
Təbrizdə yaşamış, gənc yaşlarından istedadlı və muğamı dərindən bilən sənətkar kimi tanınmışdır. 1905–1911 illərdə İran inqilabına qoşulmuş, Səttar xan ona "İqbali Azər" adını vermişdir. Əbülhəsən xan gözəl tembrli, məlahətli, güclü səsə malik xanəndə idi. Onun ifasında "Şur", "Çahargah", "Mahur", "Əbu — əta", xüsusilə, "Segah" muğamları yüksək emosional tərzdə səslənmişdir. Özünəməxsus üslubda ifa etdiyi "Segah" muğamı İranda "Əbülhəsənxan segahı" adı ilə məşhurlaşmışdır.
Əbülhəsən xanın səsi 1914-cü ildə Tiflisdə "Qrammofon" şirkəti tərəfindən vala yazılmış, bu şəhərdə konsertləri olmuşdur. Seyid Şuşinski Əbülhəsən xan ilə yaxından dostluq etmiş, onun yaradıcılığından çox bəhrələnmişdir. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı.
İstinadlar
Həmçinin bax Təbriz şəhərinin başçıları
Xarici keçidlər
Kateqoriya:Qəzvində doğulanlar Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Cənubi Azərbaycan müğənniləri Kateqoriya:Təbrizdə vəfat edənlər Kateqoriya:Vadi rəhmət qəbiristanlığında dəfn olunanlar