Yuri Yevgeniyeviç Yarvet () — Sovet və Estoniya aktyoru, Estoniya SSR-in xalq artisti (1969), SSRİ xalq artisti (1975).

Həyatı Yuri Yarvet (22 fevral 1938-ci ilə qədər Georgi Kuznesov) 1919-cu ildə Tallində anadan olmuşdur. Milliyyətcə rusdur. O, eston ailəsində tərbiyə alıb və rus dilini pis bilib. Onu filmlərdə rus aktyorlar səsləndirirdilər.

O, ilk dəfə səhnəyə 1941-ci ildə çıxmışdır. 1946-cı ildə Yarvet Estoniya SSR-in Dövlət Teatr İnstitutuna daxil olmuşdur. 1949-cu ildə Cənub-Eston teatrının baş rejissoru olmuşdur.

Kəskin və bacarıqlı aktyor olan Yarvet yaradıcılığında fantaziya, yumor və faciədən istifadə etmişdir.

Yuri Yarvet Savva Kulişin çəkdiyi "Ölü mövsüm" filmində ifa etdiyi professor O'Reyli rolundan sonra məşhurlaşdı. Lakin istedadlı aktyor həqiqi və ləyaqətli şöhrətə Qriqori Kozinsevin "Kral Lir" filmində oynadığı Lir rolundan sonra çatdı. Yuri Yarvetin ən yaxşı işləri sırasında "Solyaris" filmindəki doktor Snaut rolunu göstərmək olar.

Yur Yarvet 1995-ci ildə vəfat etmişdir.

Filmoqrafiya Kral Lir (film, 1970) / Kral Lir

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Estoniya aktyorları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları