Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs.Holmes and Holmes, Contemporary, p. 9. "One of the most famous [geographically stable] serial killers is Wayne Williams. He was convicted of only two killings. However, his probable involvement in more than 30 killings of young black males in Atlanta qualifies him for classification as a geographically stable serial killer."Holmes and Holmes, Contemporary, p. 1(Encyclopedia of Death and Dying) https://web.archive.org/web/20090503121235/http://findarticles.com/p/articles/mi_gx5214/is_2003/ai_n19132282/?tag=content;col1 Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsula qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətillər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqlar qurbanın cinsi, yaşı, xarici görünüş təşkil edir. XX əsrin əvvəllərində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətillər bütün dünyada geniş əks səda doğurmuşdur.
Ümumi sinifləndirmə Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox Şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanlar qətil törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır.Holmes and Holmes (2002), p. 111Yudofsky, p. 193 Onlarda xarici görünüş baxımından hər hansısa fərqliliklər olmur. Əsas prosesin daxildən baş verir. Qatillərin 90% uşaqlıq və ya məktəb illərində müxtəlif növ istismara və ya təhqirlərə məruz qalır. Məsələn Andrey Çikatilonun əsəb sisteminin pozulmasının səbəbi kimi İkinci dünya müharibəsi zamanı anasının almanlar tərəfindən zorlanması göstərilirdi. Çikatilo gənclik illərində Almaniyada hərbi xidmətdə olduğu müddət ərzində, komandiri və digər şəxslər tərəfindən zorlandığını bildirmişdir. Seriyalı qatillərin özlərinə məxsus cəhətlərindən biridə özlərini cəmiyyətə normal insan kimi təqdim edə bilmələridir. Andrey Çikatilonun uzun müddət həbs edilməməsinin səbəbi, şüphəli hesab olunduğu vaxt ona ünvanlanan suallara soyuqqanlı və səlis şəkildə cavab verməsi olmuşdur. Seriyalı qatillərə aid edilən terminlərdən biridə, Makdolnald üçbucaqıdır. Bu terminə əsasən serial qatildə bu tip qatillərə məxsus üç mühüm əlamətdən biri mütləq olmalıdır. Birinci əlamət heyvanlara işgəncələrin verilməsidir. Sadist hərəkət sayılan heyvanlara əziyyət verilməsi halı bir çox serialı qatildə rastlanılır. Növbəti əlamətlər isə nəyisə yandırmaq həvəsi və yatdıqdan sonra sidiyin saxlana bilməməsidir.Singer, S. D., & Hensley, C. (2004). Learning theory to childhood and adolescent firesetting: Can it lead to serial murder. International Journal of Offender Therapy and Comparative Criminology. 48, 461–476.
Həmçinin bax Anxel Maturino Resendiz
İstinadlar
* Kateqoriya:Psixopatiya