Məzmun …Adi laboratoriya təcrübəsi. Akvarium. Balıqlar üzür. Akvariuma bir balaca neft damcısı tökülür. Bir dəqiqə sonra balıqlar məhv olur. Xəzər dənizinə isə min tonlarla belə neft tullantıları axıdılır. Bunun nəticəsində nadir və qiymətli balıqlar tələf olur. Film bu vacib problemə toxunmuşdur.
Filmin müəllifləri Xəzərin taleyi üçün həyəcan və narahatlıq keçirir, publisistika vasitəsilə mühüm bir məsələni ortalığa atırlar: insanlara lazım olan dənizi necə xilas etməli?..
Festivallar və mükafatlar 1) 1969-cu ildə Klaypeda şəhərində Ümumittifaq televiziya filmləri festivalı Film Diploma layiq görülmüşdür 2) 1970-ci ildə Riqa şəhərində televiziya filmlərinin "İnsan və Dəniz" devizi altında keçirilən Beynəlxalq festivalı Film "Neptunun neştəri" Prizinə və "Aktual mövzunun publisistik həllinə görə" münsiflər heyətinin Xüsusi diplomuna layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Nazim Rzayev Ssenari müəllifi: Emil Ağayev, Ramiz Tanrıverdiyev Operator: Ramiz Şeyxov Səs rejissoru: Tofiq Babayev
Kateqoriya:1969-cu ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri