"Nizami" kinoteatrı və ya Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti.
Tarixi 1934-cü ildə istifadəyə verilib.
Yeni fəaliyyət dövrü Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir.
Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır.
Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir.
2026-cı ilin aprel ayından etibarən Nizami Kino Mərkəzinin direktoru vəzifəsini icra edən Turan Məmmədlidir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Tarixi və müasir - Nizami Kino Mərkəzi
Kateqoriya:Bakı kinoteatrları Kateqoriya:1934-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Mikayıl Hüseynovun əsərləri Kateqoriya:Nizami Gəncəvinin şərəfinə adlandırılmış yerlər