Almaniya ( ) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası ( ) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir.

Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir. Paytaxtı və ən böyük metropolisi Berlin olsa da, ölkənin əsas maliyyə mərkəzi və ən məşğul hava limanı Frankfurtdur. Almaniyanın digər böyük şəhərlərinə Hamburq, Münxen, Köln, Ştuttqart, Düsseldorf, Leypsiq, Drezden, Bremen, Hannover və Nürnberq aiddir.

Müasir Almaniyanın şimal hissələri antik dövrlərdən etibarən qədim germanlar tərəfindən məskunlaşmışdır. Miladi tarixlə 100-cü ildən əvvəl həmin region orada məskunlaşan tayfaların adı ilə Germaniya olaraq adlanmışdır. Xalqların böyük köçü dövründə german tayfaları cənub istiqamətində də yayılmışdılar. 10-cu əsrin başlanğıcından etibarən alman əraziləri Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olmuşdur. 16-cı əsr ərzində Şimali Almaniya regionları protestant reformasiyasının mərkəzi rolunu oynamışdır. Müqəddəs Roma İmperiyasının dağılmasından sonra, 1815-ci ildə Almaniya ittifaqı formalaşmışdır. Almaniyada 1848-1849-cu illər inqilabı Frankfurt Parlamentində mühüm demokratik hüquqların təsis edilməsi ilə nəticələnmişdir.

1871-ci ildə bir çox alman dövlətinin (İsveçrə və Avstriya istisna olmaqla) birləşməsi ilə Prussiya rəhbərliyində Almaniya İmperiyası yaradılmışdır. Birinci Dünya müharibəsindən sonra, 1918–1919-cu illərdə baş vermiş inqilab nəticəsində imperiya parlamentli Veymar Respublikası ilə əvəzlənmişdir. 1933-cü ildə nasistlərin hakimiyyəti ələ keçirməsi ilə ölkədə diktatorluq rejimi qurulmasının ardınca, Avstriya anneksiya olundu və İkinci dünya müharibəsi başladı. Avropada İkinci dünya müharibəsinin başa çatması və Almaniyanın müttəfiq qoşunların işğalı altına düşməsindən sonra, Avstriya yenidən müstəqillik əldə etdi və iki yeni alman dövləti yaradıldı: Amerikan, ingilis və fransız işğal zonasında Qərbi Almaniya, Sovet işğal zonasında isə Şərqi Almaniya. 1989-cu il inqilabının ardınca, Mərkəzi və Şərqi Avropada kommunist idarəçiliyinə son qoyulmuş və 3 oktyabr 1990-cı ildə Almaniya yenidən vahid dövlət halında birləşmişdir.

Bu gün suveren dövlət olan Almaniya kansler tərəfindən rəhbərlik olunan federal, parlamentli respublikadır. Güclü iqtisadiyyata sahib olan Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə dördüncü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə beşinci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür. İnkişaf etmiş ölkə kimi yüksək həyat standartlarına, sosial təhlükəsizlik və universal səhiyyə sisteminə, təbiətin mühafizəsi və pulsuz ali təhsil sisteminə sahibdir.

Almaniya Federativ Respublikası 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7, G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşkilatların da üzvüdür. Zəngin mədəni tarixi ilə məşhur olan bu ölkə təsirli və uğurlu rəssamların, filosofların, musiqiçilərin, idmançıların, sahibkarların, alimlərin, mühəndislərin və ixtiraçıların ev sahibi olmağa indi də davam edir. Ümumdünya irsi siyahısına daxil olan mədəni abidələri ilə zəngin olan Almaniya dünyanın əsas turizm məkanlarından biri hesab olunur.

Etimologiya "Almaniya" ekzonimi müxtəlif dil qruplarında bir-birindən fərqlənən dörd əsas tarixi kökə dayanır:

Germanik mənşə: İngilis dilindəki Germany adı latın dilindəki Germania terminindən törəmişdir (e.ə. III əsr).Etymology Online, "Germany". etymonline.com Ölkənin alman dilindəki rəsmi adı olan Deutschland isə Pra-german dilindəki (xalqa aid olan, yerli) kökündən qaynaqlanır.Oxford English Dictionary, "Dutch". Bu termin orta əsrlərdə elitanın istifadə etdiyi latın dilindən fərqli olaraq, yerli xalqın danışdığı dili və mədəniyyəti fərqləndirmək üçün işlədilirdi. Alman mənşə: Azərbaycan, fransız (Allemagne) və türk dillərində işlədilən "Alman" termini qədim german tayfa ittifaqı olan Alamanni adından götürülmüşdür.Encyclopædia Britannica, "Alamanni". Etimoloji olaraq bu ad qədim alman dilindəki all-mannez ("bütün insanlar" və ya "birləşmiş tayfalar") ifadəsindən yaranmışdır. Slavyan mənşə: Polyak, rus və digər slavyan dillərində istifadə olunan Niemcy/Nemets termini qədim slavyan dilindəki němьcь (lal, anlaşılmaz danışan) sözündən törəmişdir.Vasmer's Etymological Dictionary, "немец". Bu, slavyanların öz dillərini başa düşmədikləri "yad" qonşularına verdiyi tarixi bir ekzonimdir. Kelt və regional köklər: Bəzi kelt dillərində ölkənin adı qədim köklərə (məsələn, İrland dilində An Ghearmáin) əsaslanır. Fin və eston dillərində işlədilən Saksa adı isə birbaşa şimalda məskunlaşmış sakson tayfalarının adından götürülmüşdür.The Cambridge Ancient History: The Rise of Rome to 220 BC. German sözünün kökü isə bəzi versiyalara görə kelt mənşəli olub "qonşu" və ya "hayqıran" mənalarını daşıyır.

Tarixi

Ən qədim dövr thumb|upright=0.7|Təqribən e.ə. 1700-cü ilə aid "Nebra səma diski" Mauer-1 çənə sümüyünün kəşfi nəticəsində Almaniyada ilk insanların ən azı 600,000 il əvvəl yaşamağa başladığı müəyyən olunmuşdur. Dünyanın ən qədim ov silahı da 1994 və 1998-ci illər aralığında Şöningen şəhərindəki kömür mədənində kəşf olunmuşdur. Həmin mədəndən uzunluğu 1.82 ilə 2.25 metr arasında dəyişən ümumilikdə səkkiz ədəd 380,000 il yaşı olan taxtadan hazırlanmış nizələr tapılmışdır. Almaniyada yerləşən Neandertal vadisi Neandertal insanı adlanan yeni insan növünə aid fosillərin ilk dəfə kəşf olunduğu yerdir. Buradan tapılmış Neandertal-1 fosillərinin 40,000 yaşında olduğu bilinir. Bənzər şəkildə, müasir insanlara aid dəlillər Ulm şəhəri yaxınlığında, Şvabiya Alpları adlanan ərazidə yerləşən mağaralarda aşkar olunmuşdur. Həmçinin, 42,000 yaşlı quş sümüyü, indiyə qədər tapılmış ən qədim musiqi aləti hesab olunan, mamont dişindən hazırlanmış fleyta, indiyə qədər kəşf olunmuş ən qədim incəsənət fiquru olan "Aslan-adam" heykəli və 35,000 il yaşı olan, ən qədim insan təsvirindən ibarət olan incəsənət fiquru "Hol-Fels Venerası" da Almaniya ərazisindəki mağaralarda aşkar olunmuşdur. Saksoniya-Anhalt vilayətinin Nebra yaşayış məntəqəsi yaxınlığında kəşf olunmuş "Nebra səma diski" Avropa tunc dövrü ərzində tuncdan hazırlanmış əl işidir. Həmin əl işi UNESCO-nun "Dünya mirası proqramı"na daxil edilmişdir.

German tayfaları və Frank imperiyası

thumb|left|Avropada miqrasiyalar (100–500-cü illər)

Qədim germanların Tunc dövründə və ya Dəmir dövrünün əvvəlində ortaya çıxdığı güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə Skandinaviyanın cənubu və Almaniyanın şimalından gələn qəbilələr cənuba, şərqə və qərbə yayılaraq keltlər, qalliyalılar, slavyanlar, baltlar və İrandilli xalqlar ilə əlaqəyə girdilər. Oktavian Avqustun rəhbərliyi altında Roma İmperiyası qoşunları Germaniyanı işğal etməyə başlamışdır. Miladi tarixlə 9-cu ildə Publius Varın rəhbərlik etdiyi üç Roma legionu Armininin rəhbərlik etdiyi german tayfalarından biri olan xerusk tayfası ilə döyüşdə məğlubiyyətə uğradı. Korneli Tasitin yazdığı əsərə görə german tayfaları təqribən 100-cü ildə müasir Almaniyanın yerləşdiyi ərazidə məskunlaşdı. Buna baxmayaraq, Roma İmperiyası ilə german tayfaları arasında baş vermiş müharibələr nəticəsində Avstriya, Baden-Vürtemberq, Bavariya və Hessen əyalətinin cənubu işğal olundu və Roma vilayətlərinə birləşdirildi.Fulbrook, Mary (1991). A Concise History of Germany. Cambridge University Press. , pp. 9–13.

3-cü əsrdə bir çox qərbi german tayfaları ortaya çıxdı: alemanlar, franklar, sakslar, frizlər, xattilər, siqambrilər və turinqilər. Təxminən 260-cı ildə german tayfaları Roma idarəçiliyindəki ərazilərə daxil oldu. 375-ci ildə hunların işğalı və 395-ci ildə Romanın tənəzzülündən sonra german tayfaları cənub-qərb istiqamətində hərəkət etdi. Eyni zamanda, bir neçə böyük tayfa indiki Almaniya ərazisində məskunlaşdı. Merovinqlər sülaləsi dövründən etibarən Avstraziya, Neystriya və Akvitaniya kimi geniş ərazilər franklar tərəfindən işğal olundu və Frank krallığının əsası qoyuldu. Müasir Almaniyanın şərq hissəsini təşkil edən ərazilərdə isə qərbi slavyanlar məskunlaşdı.

Şərqi Frank krallığı və Müqəddəs Roma İmperiyası

800-cü ildə frank kralı Böyük Karlın imperator olması ilə birlikdə Karolinqlər İmperiyasının əsası qoyuldu. Hansı ki, həmin imperiya 843-cü ildə imzalanmış Verden müqaviləsi nəticəsində parçalandı.Fulbrook 1991, p. 11. Frank Krallığının süqutunun ardınca, Almaniya tarixi 900 il müddətinə Müqəddəs Roma İmperiyasının tarixi ilə birləşdi. Əvvəllər Şərqi Frank krallığı adlanan bu ərazi qərbdə Reyn çayından şərqdə Elba çayına, şimalda Şimal dənizindən cənubda Alp dağlarına qədər uzanırdı. Saksoniya sülaləsi (919–1024) öz hakimiyyəti dövründə bir çox böyük knyazlıqları öz ərazisinə birləşdirdi və alman kralı I Otto 962-ci ildə həmin ərazilərdə Müqəddəs Roma İmperiyasının əsasını qoydu. 966-cı ildə III Otto taxta çıxdıqdan qısa müddət sonra öz qohumu V Qriqorini papa təyin etdi və beləliklə, V Qriqori ilk alman papa kimi tarixə keçdi. Salian sülaləsinin hakimiyyəti dövründə İtaliyanın şimalı və Burqundiya da imperiya ərazisinə birləşdirildi.

thumb|left|upright=0.7|15-ci əsrdə yaşamış məşhur alman ixtiraçı Yohan Qutenberq

12-ci əsrdə, Hohenştaufen sülaləsi (1138–1254) dövründə alman hökmdarları imperiyanın sərhədlərini cənuba və şərqə doğru genişləndirərək slavyanlar tərəfindən məskunlaşılmış əraziləri də ələ keçirdilər. Əksər üzvləri şimali alman şəhərlərindən ibarət olan Hanza ittifaqı ticarətin genişləndirilməsi sayəsində bölgəni inkişaf etdirməyə nail oldu.Fulbrook 1991, pp. 13–24. Cənubda isə Böyük Ravensburq Ticarət Korporasiyası oxşar funksiyanı icra edirdi. 1356-cı ildə imperator IV Karl tərəfindən imzalanmış dekretə əsasən imperiyanın əsas konstitusional strukturu müəyyən edilirdi və həmin struktura əsasən imperator yeddi nəfər seçici tərəfindən təyin olunmalı idi.Fulbrook 1991, p. 27.

thumb|upright=0.7|Martin Lüter (1483–1546), protestant reformasiyaçı

1315-ci ildə baş tutmuş "Böyük aclıq" illərinin ardınca, 1348–1350-ci illər aralığında baş vermiş "Qara ölüm" adlı taun pandemiyası nəticəsində 14-cü əsrin birinci yarısında əhalinin sayı xeyli azalmışdı. Əhalinin say baxımından tənəzzülə uğramasına baxmayaraq, alman rəssamları, mühəndisləri və alimləri tərəfindən inkişaf etdirilmiş texnikalar italyan rəssamları və konstruktorları tərəfindən Venesiya, Florensiya və Genuya kimi italyan şəhər-dövlətlərinin çiçəklənməsində istifadə olunmuşdur. Dövrün alman ixtiraçısı Yohan Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapını asanlaşdırmış və elmin cəmiyyət arasında yayılmasını sürətləndirməyə nail olmuşdur.Eisenstein, Elizabeth. (1980). The printing press as an agent of change. Cambridge University Press, pp. 3–43.

1517-ci ildə Vittenberq keşişi Martin Lüter katolik kilsəsinin indulgensiyaların satışı aktına qarşı "95 tezis" çıxışı ilə yadda qalmışdır. 1555-ci ildə Auqsburq sülhünün imzalanması nəticəsində "Lüteranizm" inancı katolisizmə alternativ kimi qəbul olundu.

thumb|left|Otuzillik müharibəni başa çatdıran Vestfaliya sülhündən sonra Müqəddəs Roma İmperiyası