ADıNA günü qısametrajlı sənədli televiziya filmi rejissor Bəhruz Qədirov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsini araşdırır. Qanlı hadisə zamanı 12 nəfər öldürülmüş, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Filmdə ölənlərin və yaralananların ailə üzvləri, hadisənin şahidləri danışır, qatil Fərda Qədirov barədə faktlar açıqlanır.

Məzmun El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var: duz, xas, adına və s. Bir qismi yaddan çıxıb. Adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də elə bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı. Bu tarix ölən və yaralananların adı ilə yadda qaldı və onların adı ilə də anılacaq.

Film 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsini araşdırır. Qanlı hadisə zamanı 12 nəfər öldürülmüş, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Filmdə ölənlərin və yaralananların ailə üzvləri, hadisənin şahidləri danışır, qatil Fərda Qədirov barədə faktlar açıqlanır.

Film haqqında Film iki versiyada-2010-cu və 2011-ci illərdə çəkilmişdir. İkinci versiya birincini tamamlayır.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Rəşad Abbasov Rejissor: Bəhruz Qədirov Operator: Polad Orucov, Elxan Hüseynov, Hikmət Əsgərov, Cəfər Qasımov

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 2010-cu ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:2010-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Kateqoriya:Azərbaycanca filmlər