Hacı Məhəmməd ibn İbrahim ibn əl-Hacı Çələbi əl-Alıcı əl-Qülhani (; ) – Azərbaycan alimi və şairi.
Həyatı
Ailəsi Nisbələri "Qülhani" və "Alıcı"dır. Alimin nəsəbi haqqında mənbələrdə məlumatlar mövcuddur. Bu məlumatlara görə, alimin atasının adı İbrahim Əfəndi, babasının adı isə Nemətullah Əfəndidir. Onun Hacı İbrahim Əfəndi, Hacı Seyfullah əfəndi və Hacı Əsədullah Əfəndi adlı oğlanları və bir qızı olmuşdur.
Təhsili və fəaliyyəti Nəzir əd-Durgəlinin veridiyi məlumata görə, Məhəmməd əl-Alıcı çoxsaylı səyahətlər etmiş (yeddi dəfə Məkkə ziyarətinə getmişdir.) və Əbdülkərim əd-Dağistaniyə tələbəlik etmişdir. Firudin bəy Köçərlinin bildirdiyinə görə, Məhəmməd əl-Alıcı Qübbə nahiyəsində öz əsrinin bilikli və gözü açıq alimlərindən hesab olunurmuş və o, həmçinin şəriət elmlərində əmsalı olmayan şəxs olub.
Vəfatı Hicri 1223-cü (1808) ildə vəfat etmişdir. Qubanın "Sultan Baba Rüstəm" qəbiristanlığında dəfn edilmişdir. onun dəfni zamanı belə bir hadisə baş vermişdir: rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman əl-Alıcının cənazəsini qəbiristanlığa gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular. Onun məzarı bu günə kimi mühafizə edilmişdir.
Əsərləri Məhəmməd əl-Alıcının bəzi əsərləri bunlardır:
Tədvin əl-Alıcı. A. A. Bakıxanovun verdiyi məlumata görə, əsər Məhəmməd əl-Alıcıya məxsusdur. Təzkirat əl-ixvan. Şafii fiqhi haqqında əsər olub, əlyazma nüsxələri Əlyazmalar İnstitutunda mühafizə edilir. Müxtəsər fi əl-fiqh. Bu risalədə də Şafii fiqhinə aid fətvalar cəmlənmişdir. əl-Əcvabə əl-əsələt əl-müxalifət əş-Şəriyyət. Bu əsərdə nikah, talaq, nəfəqə və s. kimi mövzulara toxunulmuşdur. Fətəvi. Bu əsərdə İbn Həcər əl-Əsqəlanin əsərindən sual-cavab şəklində fətvalardan ibarətdir. Risalət əl-qüdüs. Ərəb dilində yazılmış, Şafii fiqhinə aid kiçik bir risalədir. Risalət əl-keyfiyyət. Şafii fiqhinə aid olan bu əsər, türkcə yazılmışdır. əl-İrşad əl-Ənam. Quranla bağlı qələmə alınmış əsər. Təcvid. Ərəb əlifbasındakı hərflərin xüsusiyyətlərindən bəhs edən əsər. Şərh qəsidət əd-Dimyatiyyə. Şəmsəddin Məhəmməd əd-Dimyatinin qəsidəsinin şərhidir.
Həmçinin bax Azərbaycan ədəbiyyatı
Ədəbiyyatlar Bakıxanov, Abbasqulu ağa. Gülüstani-İrəm (az.). Bakı: "Xatun Plyus". 2010. səh. 249
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Hacılar