Molla Eyyublu — Ermənistan Respublikasının Loru mərzinin Sərçəbed bələdiyyəsi ərazisində kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Novruz xaraba olduğu da göstərilirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.78 .

Toponim "Eyyublu" etnonimi əsasında əmələ gəlib "Eyyublu tayfasından olan mollaya məxsus kənd" anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzoramut adlandırılmışdır.

Əhalisi Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.78–79, 148 . 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 271 nəfər, 1926-cı 334 nəfər, 1931-ci ildə 382 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.78–79, 148–149 . 1988-ci ilin axırlan 1989-cu ilin əvəllərində Ermənistan dövləti tərəfindən kəndin sakinləri tamamilə tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri Müxrəddin Talıbov (Talıb oğlu) — Vergilər Nazirliyi şöbə rəisi Tahir Talıblı (Maşayev Tahir İslam oğlu) — şair, publisist, 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mahal İsmayıloğlu (Mahal İsmayıl oğlu Sadıqov) — Tanınmış jurnalist, "Xalq qəzeti"nin baş redaktoru(1995–2002). Respublikada nəşr olunan qəzetlərdə 4 mindən çox yazıları dərc olunub. 2015-ci il 28 avqustda müalicə aldığı xəstəxanada vəfat edib. Savalan Talıblı — Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009)

Mənbə Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.

İstinadlar

Kateqoriya:Loru kəndləri Kateqoriya:Loru mərzinin yaşayış məntəqələri