Zabit Nəbizadə () — Azərbaycan Respublikasının Xalq Artisti
Həyatı Zabit Nəbizadə 1965-ci ildə Şamaxı rayonunun Şıxzahırlı kəndində doğulub.
Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil almışdır.
2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır.
Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər Zabit Nəbizadə - Mahur təsnifi (ƏliƏsgər Məmmədov - Tar, Xəyyam Əhrar Məmmədov- Kamança) Zabit Nəbizadə - Segah təsnifi (ƏliƏsgər Məmmədov - Tar, Xəyyam Məmmədov - Kamança) Zabit Nəbizadə - Şuşanın Dağları (Vamiq Məmmədəliyev - Tar, Mirnazim Əsədullayev - Kamança) Zabit Nəbizadə - Küçələrə Su Səpmişəm (Vamiq Məmmədəliyev - Tar, Mirnazim Əsədullayev - Kamança) Zabit Nəbizadə - Rahab muğamı (Vamiq Məmmədəliyev - Tar, Mirnazim Əsədullayev - Kamança) Zabit Nəbizadə - Güllü qafiyə (Vamiq Məmmədəliyev - Tar, Mirnazim Əsədullayev - Kamança)
Kateqoriya:Azərbaycanın kişi müğənniləri Kateqoriya:Film bəstəkarları Kateqoriya:Xanəndələr Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları