Mixail Petroviç Frinovski () — Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1930–1933).
Həyatı Mixail Petroviç Frinovski 1898-ci ildə Penza quberniyasının (indiki Rusiya Federasiyası) Narovçat şəhərində müəllim ailəsində anadan olmuşdur. Milliyyətcə rusdur. İbtidai təhsilli, 1918-ci ildən ÜK(b)P-nin üzvü olan M. Frinovski Qırmızı qvardiya qrupuna başçılıq etmiş, həmkarlar ittifaqında çalışmışdır.
1919-cu ildə Kommunist Partiyasının xətti ilə Moskva Fövqəladə Komissiyasının Xüsusi şöbəsinin sərəncamına göndərilmiş, burada Fəal hissə rəisinin köməkçisi olmuşdur. Həmin il "Milli mərkəz" hərbi əməliyyatında, anarxistlərin həbs edilməsində və zərərsizləşdirilməsində yaxından iştirak etmişdir. Daha sonra Ukraynaya ezam olunaraq Belqorod və Kiyev şəhərlərində Fövqəladə Komissiyanın Xüsusi şöbəsinin sədri vəzifələrində çalışmış, Kiyev Fövqəladə Komissiyası Kollegiyasının üzvü olmuşdur. Sonrakı dövrlərdə o, Qalisiya ordusunun Xüsusi şöbəsinin sədri, Cənub-Qərb cəbhəsinin Xüsusi şöbəsinin Fəal hissəsinin sədri, Birinci Süvari ordusunun Xüsusi şöbəsinin sədr müavini vəzifələrində işləmişdir.
M. Frinovski 1921-ci ildə Tyütyunikin dəstəsinin zərərsizləşdirilməsi üzrə səhra qərargahına göndərilmiş, 1922-ci ilin may ayından ümumi-inzibati hissənin sədri vəzifəsini icra etmiş, DSİ-nin səlahiyyətli nümayəndəsinin idarəçiliyinin katibi olmuş və bir sıra hərbi əməliyyatlarda, o cümlədən 1922-ci ilin sentyabrında "Xolodnıy Yar" atamanlarına qarşı və 1925-ci ildə İnquşetiyada milli azadlıq hərəkatının yatırılmasında fəal iştirak etmişdir.
1930-cu il avqustun 6-dən 1933-cü il aprelin 3-nə qədər Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri vəzifəsində işləmişdir. Azərbaycanda işlədiyi dövr ərzində sovet hakimiyyətinə qarşı xalq hərəkatlarının zorakılıqla yatırılmasında iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Donskoye qəbiristanlığında dəfn olunanlar Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:Bolşeviklər Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Repressiyaya uğramış hərbi xadimlər Kateqoriya:Dövlət təhlükəsizliyinin fəxri işçiləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar) Kateqoriya:Repressiyaya uğramış XDİK əməkdaşları