Nəbiyev Rasim Nəsib oğlu () – yerüstü komplekslər, start avadanlıqları, uçuş aparatları və onların sistemlərinin istismarı ixtisası üzrə Azərbaycan alimi, b.e.i. (2001), texnika elmləri doktoru (2007),, prof. 2014
Həyatı 1979-cu ildə Azərbaycan Politexnik İnstitunu bitirərək Elektronçu mühəndis ixtisasını almışdır. 1979-cu ildən SSRİ Müdafiə Sənayesi Nazirliyinin "Fotoelektronika" Elmi-tədqiqat İnstitunda mühəndis kimi fəaliyyətə başlayaraq Baş Elmi İşçi vəzifəsinə qədər yüksəlmişdir. Bu dövrdə gecə görmə qurğuları üçün fotohəssas elementlərin işlənməsi ilə məşğul olmuşdur.1987-ci ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1994 – cü ildən Mill Aviasiya Akademiyasının Elmi-tədqiqat Aviasiya İnstitunitunda Aviasiya Elektronikası şöbəsinin rəisi və Aviasiya cihazları kafedrasında professoru, İnstitutun elmi şurasının elmi katibi, Elmi-tədqiqat sektorunun rəisi vəzifəsində işləmişdir. 400-ə qədər elmi əsərin müəllifidir. O jümlədən 32 dərsliyin, dərs vəsaitinin («Aviasiya elektronikası» azərbaycan, rus və ingilis dillərndə və s.) və monoqrafiyanın, 22 ixtiranın müəllifidir. Onun rəhbərliyi və birbaşa iştirakı ilə Aviasiya sahəsində tətbiq olunan mühüm əhəmiyyətli layihələrin texniki-iqtisadi əsaslandırmaları aparılmış, yüklərin təhlükəsiz daşınmasına kompleks nəzarət sistemi layihələndirilmiş, aeroportların radiotexniki obyektlərinə kompleks nəzarət sistemi ASK-1, elektron idarəli birfazalı və üçfazalı gərginlik stabilizatorları BGS-4 və ÜGS-10, induksiya kabelaxtaranı İKİ-1, agrodrom elektrik qızdırıcısı AEQ-02-20000, təyyarələrin yüklənməsini ölçən qurğu İZS-110, radioaktiv yüklərə nəzarət quryusu RNQ-001 kimi cihazlar və sistemlər layihələndirilmiş, hazırlanmış və istehsalata tətbiq olunmuşdur. «Milli Aviasiya Akademiyasının Elmi Əsərləri» toplusunun və «Elmi Məcmuə» jurnalının elmi radaktorudur elmi redaktorudur. Milli Aviasiya Akademiyasının dissertasiya işlərinin müdafiəsi üzrə ixtisaslaşdırılmış Şurasının üzvüdür. Onun rəhbərliyi ilə 7 Ph.d və 1 DrTech Sci yetişdirilmiş və hal-hazırda 3 dissertanta elmi rəhbərlik edir. Aeronaviqasiya xidmətinin inkişafı üzrə regional assosasiya-RADA-nın üzvüdür. Azərbaycan prezidentinin sərəncamı ilə "Əməkdar Mühəndis" Fəxri adına laiq görülmüşdür. Azərbayjanda aviasiyanın inkişafında və elmi kadrların yetişdirilməsində əhəmiyyətli xidmətləri vardır.
Kateqoriya:Azərbaycan alimləri