Aşıq Məhəmməd Rzayev — şair, ustad aşıq.
Həyatı
Aşıq Məhəmməd Əhməd oğlu Rzayev 1884-cü ildə Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində doğulmuşdur.
1920-1928-ci illərdə Qazax rayonunun Çaylı kəndində yaşamışdır. 1928-ci ildən ömrünün axırına qədər Tovuz rayonunda yaşamışdır.
Aşıq Məhəmməd Rzayev 1903-cü ildən 1910-cu ilə kimi aşıqlığı qardaşı aşıq Əsəddən öyrənib. Misilsiz havaşünas kimi tanınıb.
O, qoşma, gəraylı, təcnis, müxəmməs və digər şeir janrlarında yazıb-yaradıb. Aşıq Məhəmməd bir çox aşıqların kamil sənətkar kimi yetişməsində əlindən gələni əsirgəməyib.
1968-ci ildə vəfat edib.
Aşıq Əsədin qardaşıdır.
Yaradıcılığı
Şəcərəsi
Yetirmələri
Həmçinin bax
Göyçə Aşıq Əsəd
İstinadlar
Yusif Hüseynov, “Ulu sənətin azmanı”, "Bütöv Azərbaycan" qəzeti, №44(132), 28 dekabr 2011-ci il.
Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Tovuzda vəfat edənlər