Mirzə Şəfi Cahanşahi (tam adı: Mirzə Şəfi Mirzə Mehdi oğlu Cahanşahi, ; ) — İran hüquqşünası.
Həyatı Mirzə Şəfi Mirzə Mehdi oğlu 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra xüsusi müəllimlərin yanında təhsilini artırmışdı. Sonra fiqh, üsul, ərəb ədəbiyyatını və başqa dünyəvi elm və fənnləri öyrənmişdi.1924-cü ildə Cənubi Azərbaycanın hüquq və maliyyə idarələrində çalışmışdı. 1937-ci ildə Əliəkbər Davər ədliyyə sistemini yenidən təşkil edərkən Mirzə Şəfi Ali Məhkəmənin 8 aparıcı üzvündən biri idi.
Mənbə Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh. 40–42; Cahanşahi, Mirzə Şəfi
İstinadlar
Həmçinin bax Qulamhüseyn Cahanşahi
Kateqoriya:İran hüquqşünasları Kateqoriya:Cahanşahilər