Məhərrəm Ağalar oğlu Əliyev () — 18 noyabr 1985-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayon Qışlaqabbas (keçmiş İbadulla Sovetliyi) kəndində təvəllüd almışdır.

1992-ci ilin 1 sentyabr tarixində İbadulla kənd orta ümumtəhsil məktəbdə birinci sinfə getmiş, 2001-ci ildə isə ailəsi ilə birlikdə paytaxt Bakıya köçmüş və 236 saylı orta məktəbdə təhsini davam etmişdir.

236 Saylı məktəbdə təhsilini davam etdirən zaman 20 Yanvar, Xocalı soyqırımı kimi Azərbaycan xalqının tarixinə düşən qanlı səhifələrin ildönümünü şagird yoldaşları ilə birgə təşkil etmiş, həmin tədbirlərdən başlayaraq vətənpərvərlik və məhəbbət mövzularında şerlər yazmışdır. İlk şeri 2002-ci ildə "Xural" qəzetində, daha sonra bir sıra qəzetlərdə dərc olunmuşdur.

2003-cü ildə orta məktəbi bitirib Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən mətbuatda məqalələri dərc olunmuşdur.

2007-ci ildə universiteti bitirib müddəti hərbi xidmətə getmiş və 2008-ci ilin iyul ayında Ermənistanla təmas xəttindən Manqa komandiri olaraq tərxis olunmuşdur.

2009-cu ildən müxtəlif KİV-lərdə ştatdankənar müxbir vəzifəsində işləmişdir. 2011-ci ildə "Üç nöqtə" qəzetində stat üzrə müxbir vəzifəsində işə başlayıb, 2012-ci ildə öz ərizəsi ilə qeyd edilən qəzetdən ayrılıb. Həmin ildən başlayaraq "İki sahil" qəzetində müxbir vəzifəsində çalışmaqdadır. Şerlərini Azərbaycanda Misra.az saytından və Türkiyənin Siirkolik.com (İndiki Edebiyatla.com), Antoloji.com saytında dərc olunmaqdadır. Həmçinin, 2010-cu ildə xüsusi ilə universitetlərin Jurnalistika fakültəsində təhsil alan tələbələrin əyani təcrübə qazanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində "Oxucu" qəzetini qeydiyyatdan keçirib, lakin nəşr etirməyib. 12.08.2011-ci il tarixindən isə "Oxucu" ilə reallaşdıra bilmədiyi ideyasını Oxucu.info saytı vasitəsilə həyata keçirməyə çalışıb. Qeyd edilən tarixdən 2020-ci ilə qədər fəaliyyət göstərən Oxucu.info | Oxucu İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru olmuşdur.

Azərbaycanda jurnalistlər arasında keçirilən bir çox fərdi yazı müsabiqəsinin qaliblərindən olub.

Ailəlidir, 2 övladı var.

İstinadlar https://ikisahil.az/author/meherrem-agalaroglu

http://ideologiya.az/2019/08/troya-atinin-əsgərləri-məhərrəm-agalaroglu/

http://www.anl.az/down/meqale/uc_noqta/2011/yanvar/152252.htm

https://www.turkishnews.com/tr/content/2011/07/14/tek-millet-cok-devletiz/

https://www.edebiyatla.com/uyeler/muharrem-agalaroglu-21339/siirleri

https://www.antoloji.com/muharrem-agalaroglu/

https://ek.anl.az/search/query?term_1=Məhərrəm+Ağalaroğlu&theme=e-kataloq

Kateqoriya:Azərbaycan Beynəlxalq Universitetinin məzunları Kateqoriya:Azərbaycan jurnalistləri