Xankəndi Şəhər Tarix-Diyarşünaslıq Muzeyi — Xankəndinin Kərkicahan qəsəbəsində yerləşir.

Muzeyin binasının tarixi Muzeyin binası Məhəmmədhəsən xanın mülkü olmuşdur. 1940–1950-ci illərdə Kərkicahanda məktəb olmadığı üçün bu bina 12 il məktəb kimi fəaliyyət göstərib. Yeni məktəb tikildiyi gündən bu ev muzey şəklində fəaliyyət göstərmişdir.Zaman qəzeti (Türkiyə), "Bağamsız Karabah", 10.09.2011 Muzeyin sonuncu direktoru Nazim Məmmədov (1976–1990) olmuşdur. 1924-cü ildə kitabxana, 1932-ci ildə dram teatrı, 1959-cu ildə mahnı və rəqs ansamblı, 1970-ci ildə 30 min eksponatı olan Xankəndi Tarix Diyarşunaslıq muzeyi yaradılmışdı..

Ekspanatları Mir Möhsün Nəvvabın 8 rəsm portreti, bir çox xan və ağaların əşyaları (qılıncları, kəmərləri,geyimləri və s.), qədim Qarabağ xalçaları (28 ədəd, onlardan ikisi işğal zamanı yandırılmışdır), ən cavanı 18-ci əsrə aid olan qədim əlyazmalar və kitablar, tüfəng növləri.

Hazırkı şəraiti Vaxtilə Rusiyanın, Ukraynanın, Belarusiyanın, Türkiyənin, İranın, Özbəkistanın, Almaniyanın, Suriyanın və Amerikanın dahi adamları, alimləri bura gəlmiş, öz heyranlıqlarını bildirmişdilər.Qasım Qırxqızlı, "Tariximizi itirməkdəyik", 23.01.2006 Kərkicahan işğal olunan zaman, ekspanatların 98 %-i çıxarılmış, digərləri isə muzeylə birlikdə yandırılmışdır. Muzeyin qorunub saxlanılmış kolleksiyası hazırda Gəncə Şəhər Muzeyində saxlanılır.Organization.com "Qarabağ muzeyləri", 20.08.2006

Həmçinin bax Xankəndi Dövlət Dram Teatrı

İstinadlar

Xarici keçidlər Xankəndi Şəhər Tarix – Diyarşünaslıq Muzeyi Tarix və diyarşünaslıq muzeyləri — yaşayan tariximizin təkrarsız ünvanı… İşğal zülmətindəki muzeylərimiz və abidələrimiz Erməni işğalında qalan muzeylərimiz… Xankəndi — işğaldan əvvəl və sonra Çələbi adına Tarix və Diyarşünaslıq Muzeyi

Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Azərbaycandakı keçmiş muzeylər