Kazım bəy Əhməd xan oğlu Dünbili (?-?) — Xoy xanlığının sərkərdəsi, qalabəyi.

Həyatı Kazım bəy Əhməd xan oğlu Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

Kazım bəy atası Əhməd xan 1786-cı ildə öldürüləndən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O, İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi. Digər qardaşları qılıncdan keçirildi.

Kazım bəy qardaşı Hüseynqulu xan Dünbilinin dövründə Xoy qalasının qalabəyisi olmuşdu.

Ailəsi Kazım bəyin Əsədulla xan, Qasım xan, Əli xan adlı oğlanları vardı.

Mənbə Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2013

İstinadlar

Həmçinin bax Əhməd xan Dünbili

Xarici keçidlər

Kateqoriya:Xoyda doğulanlar Kateqoriya:Dünbililər