Aşıq Səfiyar (tam adı. Hüseynov Səfiyar Paşa oğlu; ) – ifaçı aşıq.
Həyatı Hüseynov Səfiyar Paşa oğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, gənc olmasına baxmayaraq qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır.
1938-ci ildə İrəvan Aşıqlar Qurultayında fəal iştirak etmişdir. Festivalda II yeri tutmuş, döş nişanı ilə təltif edilmişdir.
1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. Aşıq Səfiyar 20 yanvar 1942-ci il tarixdə Basarkeçər RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Hüseynov Səfiyar Paşa oğlu 1943-cü ilin sentyabr ayında itkin düşmüşdür.
Ailəsi Aşıq Səfiyar ailəli idi. Fərək Balış qızı (1924–2006) ilə ailə həyatı qurmuşdur. Məmləkət (1943) adlı qızı var.
İstinadlar
Mənbə [www. Obd-memorial.ru] Гусейнов Сафар Паша-оглы
Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İkinci Dünya müharibəsində itkin düşənlər Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:İtkin düşənlər