Adil Firdosipur (; ) — İran televiziyasında "Nəvəd" () proqramının aparıcısı, futbol şərhçisi, prodüser, ictimai fəal və jurnalist. İranın ən populyar futbol şərhçilərindən və teleaparıcılarından biri.Tabnak in Persian 8 avqust 2011 ildə arxivləşdirilmişdir

2009-cu ildə Adel Firdosipur Amerikanın Newsweek jurnalı tərəfindən İranın ən məşhur 20 şəxsindən biri qəbul edilmiş və bu siyahıda 19-cu yeri tutmuşdur.The 20 Most Powerful People in Iran (англ.), Newsweek (22 may 2009). 23 avqust 2017 ildə arxivləşdirilmişdir. 17 yanvar 2018 müraciət edilmiş

Həyatı 2 oktyabr 1974-cü ildə İranın mərkəzi hissəsində yerləşən Kerman ostanının Rəfsəncan şəhərində anadan olmuşdur. Tehrandakı Şərif adına Texnoloji Universiteti bitirmişdir. Həmçinin Tehran Universitetində media—menecment dərsləri almışdır. 1990-cı illərdən İran televiziyasında fəaliyyətə başlamışdır.

Adel Firdosipur İran televiziyasının IRIB TV3 populyar telekanalında futbola həsr edilmiş ən məşhur və populyar televerilişlərindən biri olan "Navad" verilişinin müəllifi və aparıcısı kimi məşhurdur.

Firdosipurun hər həftə efirə çıxan "Navad" televerilişini İranda və digər ölkələrdə orta hesabla 30–40 milyon insan izləyir. 1999-cu ildən bu günədək fəaliyyətdə olan bu televerilişin 20 sezon ərzində 500-dən artıq nümayişi aparılmışdır. Veriliş əsasən İran futboluna həsr edilsə də, xarici futbol matçları da işıqlandırılır. Veriliş hər bazar ertəsi axşam saatlarında yayımlanır.

İstinadlar

Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:İran jurnalistləri Kateqoriya:İran aktivistləri