Mahir Əsəd, (Ərəbcə: ماهر الأسد, d. 8 dekabr 1967) — Suriya prezidenti Bəşər Əsədin qardaşı, general-mayor.
Həyatı
Mahir Əsəd 8 dekabr 1967-ci ildə Suriyanın paytaxtı Dəməşqdə, Hafiz Əsədin ailəsində dünyaya gəldi. İki yaşı tamam olanda atası Suriyanın prezidenti oldu. Digər qardaş-bacıları ilə birlikdə xalq nəzərindən uzaq şəkildə yetişdirildi. Mahir Suriya Azadlıq məktəbində və Dəməşq universitetində oxudu.
Respublika Mühafizləri və Dördüncü Zirehli Dviziya adlı əsgəri birliklərin komandanıdır., Suriyada fəaliyyət göstərən gizli polis və xəfiyyə idarəsinin rəhbəridir. Suriyada Bəşər Əsəddən sonra ən hörmətli şəxsdir.
İstinadlar
Həmçinin bax Hafiz Əsəd Bəşər Əsəd
Xarici keçidlər
Kateqoriya:Suriya hərbçiləri Kateqoriya:Dəməşqdə doğulanlar Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Suriyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Prezidentlərin övladları