Vasili Zaytsev (tam adı: Vasili Qriqoryeviç Zaytsev, ; ) — SSRİ snayperi. İkinci dünya müharibəsi dövründə 225 alman əsgərini və zabitini öldürmüşdür.

Həyatı Vasili Zaytsev İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş ən məşhur sovet snayperi olmuşdur. Zaystevin həyatı haqqında olan məlumatlara əsasən Çelyabinsk rayonunun Elino kəndində 1915-ci ilin martında anadan olmasıdır. Gəncliyi dövründə cobanlıqla məşğul olmuş və kənddə yaşadığı dövrdə atıcılığı öyrənmişdir. 1936-cı ildə Sovet Atlantik Qoşunlarına qatılan Zaystev ilk döyüş təcrübəsini 1942-ci ildə 1047-ci piyada bölüyündə Stalinqrad döyüşü zamanı yaşamışdır. Qısa zamanda adi silahla 30 alman əsgərini öldürməsi Zaytsevi bütün bölükdə məşhurlaşmasına səbəb olmuşdur. Mosin-Naqant snayper tüfəngi ilə təmin olunan Vasili Zaytsev qısa zamanda onlarla alman əsgərini öldürmüşdür. Ordu daxilində əhvalı yüksək saxlamaq məqsədi ilə Zaytsevin uğurları gündəlik şəkildə əsgər və yerli mətbuatda işıqlandırıldı.

Bəzi iddialara əsasən Almanlar Zaystevi öldürmək məqsədi ilə snayper Ervin Köniqə təlimat vermiş və hər iki düşmən snayper arasına uzun müddət davam etmiş duel yaşanmışdır. Hər iki mənbə bu qarşıdurmada öz snayperlərinin qalib gəldiyini iddia etmişdilər. Ancaq müharibədən sonra aparılan araşdırmalar zamanı Zatsevin Köniqlə qarşılaşması haqqında heç bir dəlil tapılmamışdır. Bu barədə olan əsas ehtimallardan biri bu iddianın sovet mətbuatı tərəfindən ortaya atılmasıdır. Leytenant Vasili Zaytsev 1942-ci ilin 10 oktyabr - 17 dekabr tarixləri arasında Stalinqrad döyüşü zamanı 225 nəfər alman əsgər və zabitini öldürmüşdür. Zaytsev tərəfindən öldürülən şəxslər arasında 11 nəfər alman snayperi də olmuşdur.

1943-cü ilin yanvar ayında döyüş zamanı Zaystev düşmən gülləsi ilə gözündən yaralanır. Aparılan cərahiyyə əməliyyatından sonra gözü xilas edilir ancaq yaralandığı gözü nişan aldığı göz olması səbəbindən Zaytsev bir daha döyüşlərdə iştirak etməmişdir. Müharibədən sonra SSRİ ordusunda yeni snayperlərin hazırlanması ilə məşğul olan Zaytsev ordu üçün 28 snayper hazırlamışdır. Vasili Zaytsev tərəfindən yazılmış snayperlik haqqında olan iki kitab, bu gündə Rusiya hərbi məktəblərində dərs vəsaiti kimi tədris edilir. Müharibədən sonra Kiyevdə zavodların birində çalışan Zaytsev, 1943-cü ilin 22 fevral tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Vasili Zaytsev 1991-ci ilin 15 dekabr tarixində Kiyev şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Rejissoru Jan-Jak Anno olan "Qapıdakı düşmən" filmi onun həyatının bir dönəmində baş verən hadisələri təsvir edir.

Kateqoriya:Snayperlər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Rusiya ateistləri Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Böyük Vətən müharibəsinin snayperləri Kateqoriya:Məzarı köçürülənlər